"Elman Mustafayev (kitab satıcısı)" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 47: Sətir 47:
  
 
=== Əmək fəaliyyəti ===
 
=== Əmək fəaliyyəti ===
 
+
[[Fayl:Elman Mustafayev 3.jpg|250px|thumb|left|Heydər Əliyev Elman Mustafayevin kitab mağazasında.]]
 
+
<youtube width="350" height="210">kjpYbItuiyk</youtube>
 
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbini bitirdikdən sonra bir müddət Nuxada restoran müdiri işləyib.
 
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbini bitirdikdən sonra bir müddət Nuxada restoran müdiri işləyib.
  
Sətir 58: Sətir 58:
  
 
2005-ci ildə işlədiyi mağazanı özəlləşdirib və əvvəlki təyinatı üzrə istifadə edib.
 
2005-ci ildə işlədiyi mağazanı özəlləşdirib və əvvəlki təyinatı üzrə istifadə edib.
[[Fayl:Elman Mustafayev 3.jpg|250px|thumb|left|Heydər Əliyev Elman Mustafayevin kitab mağazasında.]]
+
 
<youtube width="350" height="210">kjpYbItuiyk</youtube>
 
  
 
=== Publisistik fəaliyyəti ===
 
=== Publisistik fəaliyyəti ===

16:10, 12 fevral 2021 versiyası

Elman Mustafayev
Mustafayev Elman Soltan oğlu
Elman Mustafayev
Elman Mustafayev, 2017-ci il.
Anadan olub 4 yanvar 1940(1940-01-04)
Anadan olduğu yer Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 11 fevral 2019 (79 yaşında)
Vəfat etdiyi yer Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası kitab-əmtəəşünaslıq və biblioqrafiya
Təhsili

Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbi

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kitabxanaçılıq fakültəsi (axşam şöbəsi)
Fəaliyyəti kitab satıcısı

Elman Mustafayev (1940 – 2019) – Bakının məşhur kitab satıcısı; 50 ildən artıq bir müddətdə kitab satışı ilə məşğul olmuşdur.

Haqqında məlumatlar

4 yanvar 1940-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

Nuxada orta məktəbi bitirib.

Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbində,

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (axşam şöbəsi) təhsil alıb.

Əmək fəaliyyəti

Heydər Əliyev Elman Mustafayevin kitab mağazasında.

Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbini bitirdikdən sonra bir müddət Nuxada restoran müdiri işləyib.

1967 – 1980-ci illərdə Bakıda Fəvvarələr meydanının yanında Tədris Pedaqoji Kitab Mağazasının[q 1] direktoru vəzifəsində işləyib.

1980 – 1985-ci illərdə Bakıdakı ilk Kitab Evinin direktoru olub. Kitab evinin direktoru olduğu müddətdə xarici ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli kitab sərgilərində Azərbaycanı təmsil edib.

1985-ci ildən həyatının sonuna qədər İçəri Şəhərdə Qız qalasının yaxınlığında yerləşən kitab mağazasının – İçəri Şəhər kitab evinin direktoru olub.

2005-ci ildə işlədiyi mağazanı özəlləşdirib və əvvəlki təyinatı üzrə istifadə edib.


Publisistik fəaliyyəti

“Kitab əhlinin sərrafı oldum” kitabının üz qabığı.

2013-cü ildə “Kitab əhlinin sərrafı oldum” kitabı “Elm” nəşriyyatında çap olunub. Əsərdə onun ədəbiyyat sahəsindəki fəaliyyəti, həyatla bağlı özünəməxsus fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlər və baməzə adamlarla bağlı xatirələri, o cümlədən mətbuatda onun haqqında çap olunmuş yazılar yer alıb.

Vəfatı

11 fevral 2019-cu il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. 2 gün sonra – 13 fevralda, Azərbaycanın aparıcı xəbər saytlarında “Bakının ən məşhur kitabçısı vəfat edib” başlığı altında onun vəfatı xəbəri yayılıb[1].

Qeydlər

  1. İndi həmin yerdə Prezident Kitabxanası yerləşir.

İstinadlar

  1. A.Qorxmaz (13.02.2019). "Bakının ən məşhur kitabçısı vəfat edib". https://modern.az/ (azərb.). modern.az. 14 Feb 2019 - 5 Aug 2020 tarixində arxivləşdirilib.

Ədəbiyyat

  1. Məhəmməd Türkmən. "Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi". https://musavat.com/ (azərb.). "Yeni Müsavat" qəzeti. 17 Jun 2017 tarixində arxivləşdirilib.
  2. A.Qorxmaz (13.02.2019). "Bakının ən məşhur kitabçısı vəfat edib". https://modern.az/ (azərb.). modern.az. 14 Feb 2019 - 5 Aug 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə