"Hacı Əbdülqadir xan" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni '{{ilkin mənbələr}} {{Dövlət xadimi |orijinal adı = Hacı Əbdülqadir xan |titul = IV Şəki xanı...' ilə yarat)
 
Sətir 1: Sətir 1:
{{ilkin mənbələr}}
+
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:1826-cı ilədək Şəki hakimləri, xanları və s.]]{{Dövlət xadimi
{{Dövlət xadimi
 
 
  |orijinal adı                  = Hacı Əbdülqadir xan
 
  |orijinal adı                  = Hacı Əbdülqadir xan
 
  |titul                        = [[Şəki xanlığı|IV Şəki xanı]]
 
  |titul                        = [[Şəki xanlığı|IV Şəki xanı]]

20:03, 3 iyul 2021 versiyası

Hacı Əbdülqadir xan
Hacı Əbdülqadir xan
bayraqIV Şəki xanıbayraq
avqust 1780-cı il — dekabr 1783-cü il
Sələfi Məhəmmədhüseyn xan
Xələfi Məhəmmədhəsən xan
Şəxsi məlumatlar
Vəfat tarixi 21 dekabr 1783(1783-12-21)
Sülalə Qara Keşiş nəsli
Dini İslam, sünni
Atası Hacı Çələbi xan
Həyat yoldaşı qubalı Xurşid xanım[1]
Uşağı 7 oğlunu Məhəmmədhəsən xan öldütdürüb. Bala xanım adlı bir qızı isə Daniyal sultanın arvadlarından biri olub

Hacı Əbdülqadir xan — Şəki xanı.

Hakimiyyəti

1770-ci ildə qardaşı Cəfər ağanın o vaxtkı Şəki xanı Məhəmmədhüseyn xan tərəfindən öldürülməsindən sonra başına bir dəstə yığıb, Qanıx çayının Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xanGürcüstan hakimi Irakli xan da onun Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər.

Məhəmmədhüseyn xan Hacı Əbdülqadirin digər bir qardaşının oğlu idi, başqa sözlə, Hacı Əbdülqadir Məhəmmədhüseyn xanın doğma əmisi idi.

Məhəmmədhüseyn xan öz oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadirə xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir[2].

1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxa şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər,

"səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər. Bu vaxt xan da hərəmxanasına mütəssil (–yəni: bitişik) "Qurğuşunlu otaq"da imiş. Bu əhvalatdan xəbərdar olub, içəridən qapıları bağladıqdan sonra bunlar ilə atışmaq başlayır. Ancaq yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirtdəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür."[3].

Məhəmmədhüseyn xan silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Hacı Əbdülqadirin əlinə keçir.

Bir-iki il sonra Hacı Əbdülqadir ilə Qarabağ xanı İbrahim xanın münasibətləri körlananda, İbrahim xan Məhəmmədhüseyn xanın ölmüş hesab edilən oğlu Məmmədhəsən ağanı üzə çıxartdı, hansı ki o vaxta qədər gizlədirdi. Məmmədhəsən ağa özünə qoşun toplayıb, tezliklə Şəkini ələ keçirir və özünü xan elan edir. Daha sonra Hacı Əbdülqadir xanı tutub öldürtdürür.

Hacı Əbdülqadir xanın ölüm tarixi Şəkidə tərtib olunmuş maddeyi-tarixdə belə göstərilir:

"Hacı (Əbdülqadir) xanın alicah Məhəmmədhəsən xan Hüseyn xan oğlunun əlində ölməsi və Şəkinin alınması və burada qəhətlik olması tarixi: 26 məhərrəm 1198-ci il (21 dekabr 1783-cü il)". [4].

XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Hacı Əbdülqadirin xarakterini belə təsvir edir:

"Deyirlər ki, o, (Hacı Əbülqadir xan) igid və cəsarətli bir əmir olub, amma cüzi işlərdə çox şiddət göstərərmiş" [5].

İstinadlar

Şablon:İstinad stili