"Azər Həsənsoy" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 4: | Sətir 4: | ||
|Tam adı = Həsənsoy Azər Kamal oğlu | |Tam adı = Həsənsoy Azər Kamal oğlu | ||
|Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz--> | |Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz--> | ||
− | |Şəkil = | + | |Şəkil = Azər_Həsənsoy2.jpg |
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
|Şəklin izahı = Azər Həsənsoy. | |Şəklin izahı = Azər Həsənsoy. |
23:47, 22 noyabr 2021 versiyası
Azər Həsənsoy | |
---|---|
Həsənsoy Azər Kamal oğlu | |
Azər Həsənsoy | |
Azər Həsənsoy. | |
Anadan olub | 15 iyun 1960 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Uşağı | Tomris Həsənova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tətbiqi–riyaziyyat fakültəsi (1978–1983) |
Mükafatları |
Azər Həsənsoy — Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının, Azərbaycan Muay Tay-Tayboks Federasiyasının və Azərbaycan Uşu Federasiyasının prezidenti, Asiya Kikboksinq Federasiyasının vitse-prezidenti, uşu və muay-tau üzrə Azərbaycan yığma komandalarının baş məşqçisi.
Haqqında məlumatlar
15 iyun 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Haqqında məlumatlar
1978 – 1983-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tətbiqi–riyaziyyat fakültəsində təhsil alıb.
İdman fəaliyyəti
1979-cu ildə “Dinamo” idman cəmiyyətinin karate bölməsində məşğul olmağa başlayıb. SSRİ idman ustası dərəcəsinı alıb.
1988-ci ildən Çin döyüş növü olan uşu ilə bağlı seminarlarda iştirak edib və “Uşu ustası” adına layiq görülüb.
1989-cu ildən Azərbaycanda uşu bölmələrini yaradıb və onlara rəhbərlik edib.
1991-ci ildə Şərq Döyüş Sənətləri Federasiyasının prezidenti seçilib.
1992 – 2004-cü illərdə Azərbaycan Taekvando Federsiyasının təsis komitəsinin sədri, vitse-prezidenti vəzifəsində çalışıb.
1995-ci ildən Azərbaycan Uşu Federasiyasının prezidentidir.
1992-ci ildən kikboksinq,
1998-ci ildən isə Muay-tau döyüş növünü Azərbaycanda inkişaf etdirib. Yetirmələri dünya, Avropa və Asiya çempionatlarının qalibi və mükafatçıları olublar.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı (2010).
Ədəbiyyat
- Həsənov Azər Kamal oğlu : [arx. 22.11.2021] // İdman. — 2010. — 24 dekabr. — Müraciət tarixi: 22.11.2021.
- Azərbaycan yığmalarının məşqçiləri təsdiqlənib - SİYAHI : [arx. 30 Jan 2015 - 22 Jan 2021] // Report. — 2015. — 27 yanvar. — Müraciət tarixi: 22.11.2021.
- 2021-ci il üçün Azərbaycan Respublikasının yığma komandalarının məşqçilər heyətinin siyahısı : [arx. 28.06.2021] // Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. — Müraciət tarixi: 22.11.2021.