Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"MediaWiki:"Şərəfsizliyə görə" medalının laureatları" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

16:09, 1 may 2020 versiyası

Məlum olduğu kimi Vikipediyanın azərbaycanca bölməsi Vikipediyada ən çox özbaşınalıqlarara, qayda pozuntularına yol verilən bolmələrdən biridir, bəlkə də birincisidir; zaman-zaman Vikipediyanın META-sında azərbaycanca bölmənin ləğv olunması, bütün idarəçilərin idarəçilikdən kənarlaşdırılması məslələsi qaldırılıb. (Sonuncu müzakirə: Requests for comment/Do something about azwiki ). Lakin təəssüflər olsun ki, vəziyyət əvvəlki qaydada davam etməkdədir. Bütün Vikipediyada məqalə sayı 100 mini keçmiş dil bölmələri arasında arbirtaj və apelyasiya instansiyası olmayan yeganə bölmə azərbaycanca bölmədir. Bunların fəaliyyətinə ona görə imkan verilmir ki, idarəçi özbaşnalıqlarının, redaktorlara qarşı qərəzli münasibətlərin qarşısı heç vaxt alınmasın. Nəticədə azərbaycan ziyalıları azərbaycanca bölmədə fəaliyyət göstərə bilmir. Nə etməli? Biz bu məsələdə inqilabi dəyişiklik edə etmək eçn, Azərbaycanca Vikipediyanın inkişafı, qayda pozuntularının qarşısının alınması, redaktorlar arasında münasibətlərdə böhtan, təhqir və s yaramazlıqlara son yol verilməməsi üçün “Şərəfsizliyə görə” medalını təsis etdik.

“Şərəfsizliyə görə” medalı üçün təlimat

  1. “Şərəfsizliyə görə” medalı ictimai tənbeh vasitəsidir, umumvikipediya və azərbaycanca Vikipediyanın qaydalarını pozub heç bir cəza almayan Vikipediya redaktorları üçün nəzərdə tutulur.
  2. “Şərəfsizliyə görə” medalı heç bir Vikipediya redaktoruna əsəbləşib nəsə yazdığına, nəsə etdiyinə görə verilə bilməz.
  3. “Şərəfsizliyə görə” medalı heç bir Vikipediya redaktoruna mülahizələr əsasında verilə bilməz; yalnız konkret fakta görə verilə bilər.
  4. “Şərəfsizliyə görə” medalı I, II, III dərəcələrdən ibarətdir; az şərəfsizliyə görə III, çox şərəfsizliyə görə isə I dərəcəli medal nəzərdə nəzərdə tutulur.
  5. “Şərəfsizliyə görə” medalı verilmiş Vikipediya redaktoru yalnız MediaWiki müzakirəsi:"Şərəfsizliyə görə" medalının laureatları səhifəsində peşimançılığı bildirdikdə, yaxud heç bir şərəfsizliyə yol vermədiyini sübut etdikdə medal ondan geri götürülür və redaktor adı "Şərəfsizliyə görə" ordeninin laureatları siyahısından çıxarılır;
  6. Azərbaycanca Vikipediyanın hər bir redaktoru MediaWiki müzakirəsi:"Şərəfsizliyə görə" ordeninin laureatları səhifəsində ona qarşı şərəfsizlik edən, ona böhtan atan, onun redaktor hüquqlarını taptalayan, ona qarşı yaramazlıq edən redaktoru bu mükafata namizəd göstərə bilər. İddiaları yoxlanılacaq, doğru olduğu dəqiqləşdirildikdən sonra namizəd göstərdiyi redaktora "Şərəfsizliyə görə" medalı veriləcəkdir.