"Abid Şərifov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '{{Dövlət xadimi | azərbaycan dilində adı = Abid Şərifov | adın originalı = Abid Qoca oğlu Şərifov | portret = Abid Ş...' ilə yarat) |
|||
Sətir 1: | Sətir 1: | ||
− | {{Dövlət xadimi | + | [[Kateqoriya:A]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]]{{Dövlət xadimi |
| azərbaycan dilində adı = Abid Şərifov | | azərbaycan dilində adı = Abid Şərifov | ||
| adın originalı = Abid Qoca oğlu Şərifov | | adın originalı = Abid Qoca oğlu Şərifov | ||
Sətir 48: | Sətir 48: | ||
== İstinadlar == | == İstinadlar == | ||
{{İstinad siyahısı}} | {{İstinad siyahısı}} | ||
− | |||
− | |||
− | |||
− |
21:00, 16 iyun 2020 versiyası
Abid Şərifov | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Doğum tarixi | 6 yanvar 1940 | ||||||
Doğum yeri | Nuxa (Şəki), Azərbaycan SSR | ||||||
Təltifləri |
Şərifov Abid Qoca oğlu — Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini (1995-2018).
Həyatı
Şərifov Abid Qoca oğlu 6 yanvar 1940-cı ildə[2] Şəkidə anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən 23 saylı tikinti idarəsinin rəisi işləmişdir.
Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, "Azərnəqliyyattikinti" trestinin rəisi, sonra 1988-ci ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti birliyinin rəisi, 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti Birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində işləmişdir.
20 iyul 1995-cü il tarixindən 21 aprel 2018-ci ilə qədər Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.
Evlidir, 2 övladı var.
Mükafatları
- "Şərəf nişanı" ordeni (1976)
- "Oktyabr inqilabı" ordeni (1980)
- "Azərbaycanın əməkdar inşaatçısı" fəxri adı
- "Fəxri nəqliyyat inşaatçısı" fəxri adı
- "Şöhrət" ordeni (2014)
- Geniş lentli Gündoğar Ordeni – 2016[3]
Mənbə
İstinadlar
- ↑ http://www.e-qanun.az/framework/9364
- ↑ ШАРИФОВ Абид Годжа Оглу
- ↑ Yaponiya İmperatoru Abid Şərifovu təltif edib. xeberle.com, 29.04.2016 (azərb.)