Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

"Əbdüləli bəy Əmircanov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 89: Sətir 89:
 
{{Yaxşı məqalə}}  
 
{{Yaxşı məqalə}}  
 
[[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]]
 
[[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]]
[[en:]][[]]
+
[[en:Abdulali bey Amirjanov]][[az:Əbdüləli bəy Əmircanov]]

00:43, 15 may 2020 versiyası

Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov
bayraqAzərbaycan Xalq Cümhuriyyətinin 1-ci maliyyə naziribayraq
17 iyun 1918 — 6 oktyabr 1918
Sələfi vəzifə təsis edilib
Xələfi Məmmədhəsən Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi 1870(1870-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 15 may 1948 (78 yaşında)

Əbdüləli bəy Əmircanov (Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu; d.  1870-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  15 may 1948-ci il, İstanbul, Türkiyə Respublikası) – azərbaycanlı dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş, Azərbaycan Parlamentinin üzvü olmuşdur.

Haqqında məlumatlar

1870-ci ildə Nuxada anadan olub.

1876 – 1883-cü illərdə Nuxa şəhər məktəbində oxuyub.

1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.

1888-ci ildə Nuxaya qayıtmış və burada şəhər məktəbində müəllim işləyib.

XIX əsrin axırlarında Lənkərana köçmüş, orada müəllim işləmiş və o dövrün tanınmış maarifçisi olan Teymur bəy Bayraməlibəyovla (1862-1937) birlikdə bir çox mədəni-maarif tədbirləri həyata keçirmişdir. Lənkəranda da ailə həyatı qurmuşdur.

XX əsrin əvvəllərində Bakıya köçmüş, rus-Azərbaycan məktəblərində dərs demiş, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib olaraq çalışmış, “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin və “Nəşri-Maarif” cəmiyyətinin işlərində yaxından iştirak etmişdir.

1917-ci ildə Rusiyada baş vermiş Fevral - burjua inqilabından sonra siyasi hadisələrə qoşulub. 1918-ci ilin 31 Mart hadisələrində daşnak-bolşevik qətliamının qarşısını almağa çalışan ziyalılardan biri, 1918-ci ilin martında yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.

1918-ci ilin 17 iyunundan 6 oktyabrına qədər – Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri vəzifəsini tutub.

1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Behbud xan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib.

1918-ci ilin 6 oktyabrdan – 7 dekabrına qədər Dövlət Müfəttişi vəzifəsində çalışıb.

1918-ci ilin dekabrın 7-də fəaliyyətə başlamış Parlamentdə bitərəflər qrupunun üzvü olub.

1919-cu ildə Behbud xan Cavanşirlə birlikdə xarici ölkələrlə ticarət əlaqələri qurmaq üçün Bakıda “Dəyanət” şirkəti yaradıb.

1920-ci ilin Aprelin 27-də Azərbaycan bolşeviklərin əlinə keçdikdən sonra Türkiyəyə - İstanbula gedib.

1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin 1927-ci ildəki birinci və 1928-ci ildəki ikinci heyətinin üzvü olub.

1948-ci ildə İstanbulda vəfat edib.

İstifadə edilmiş mənbə

Yaqublu N. Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov (azərb.) // 525-ci qəzet : qəzet. — Bakı, 1918. — В. 18 oktyabr. — № 182. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 Oct 2018 - 3 Nov 2018. Şablon:Yaxşı məqalə