Elxan Məmmədov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
Sətir 5: Sətir 5:
|Şəkil            = AFFA General Secretary Elkhan Mammadov - 2.jpg
|Şəkil            = AFFA General Secretary Elkhan Mammadov - 2.jpg
|Şəkil miqyası    =  
|Şəkil miqyası    =  
|Şəkil məlumat    =  
|Şəkil məlumat    = Elxan Məmmədov, 2017-ci il
|İlk adı          =  
|İlk adı          =  
|Doğum tarixi    = {{doğum tarixi və yaşı|1979|6|18}}
|Doğum tarixi    = {{doğum tarixi və yaşı|1979|6|18}}

21:00, 8 iyun 2020 versiyası

Elxan Məmmədov
Məmmədov Elxan Səlhab oğlu
Elxan Məmmədov
Elxan Məmmədov, 2017-ci il
Anadan olub 18 iyun 1979 (1979-06-18) (45 yaş)
Anadan olduğu yer Bakı, Azərbaycan SSR, Azərbaycan SSR
Atası Səlhab Məmmədov
Vətəndaşlıq SSRİ Azərbaycan
Peşəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi
Milliyyəti azərbaycanlı
İxtisası Futbolun idarəedilməsi
Təhsili
  • Amerika İnterkontinental Universiteti Amerika (ing. American InterContinental University, London, Böyük Britaniya, bakalavriatura, 1999)
  • Salford Universiteti (ing. University of Salford, Mançester, Böyük Britaniya, aspirantura, 1995)
Fəaliyyəti futbol

Elxan Məmmədov (Məmmədov Elxan Səlhab oğlu; d.  18 iyun 1979-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi (2007-ci ildən), Avropa Liqası Finalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici, 2020-ci ildə UEFA Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi üzrə Yerli Təşkilat Komitəsinin sədr müavini, FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvü, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri.

Haqqında məlumatlar

1979-cu ildə Bakı anadan olub.

Təhsili

1999-cu ildə Amerika İnterkontinental Universiteti Amerika (ing. American InterContinental University, London, Böyük Britaniya) biznesin idarəedilməsi və korporativ idarəetmə ixtisası üzrə bakalavr təhsili alıb.

2011-ci ildə Liverpul Universiteti tərəfindən təşkil edilən Futbol Klubları və Assosiasiyaların İdarəçiliyi üzrə Təlimdə iştirak edib.

2012-ci ildə Salford Universitetində (ing. University of Salford, Mançester, Böyük Britaniya) idarəetmə planlaşdırması ixtisası üzrə aspirantura təhsilini başa vurub.

2016-cı ildə Parisdə Sciences Po İnstitutunun əməkdaşlığı ilə təşkil edilən Avropa İdman İdarəetmə (European Sport Governance (MESGO)) proqramını bitirmişdir.

İş təcrübəsi

1996 – 1997-ci illərdə Baku Investment Ltd-də maddi-texniki əməliyyatlar üzrə nəzarətçi köməkçisi işləyib.

2000 – 2008-ci illərdə Natavan Biznes Mərkəzində direktor müavini, Natavan şirkətinin və Baku Investment Ltd-nin icraçı direktoru vəzifələrində çalışıb.

Futbol üzrə təşkilatlarda

2007-ci ilin iyulundan AFFA-nın baş katibidir.

2008-ci ildən UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti və FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvüdür.

2009 – 2012-ci illər ərzində UEFA nümayəndəsi kimi də fəaliyyət göstərib.

2016-cı ilin yazında AFFA-nın İcraiyyə Komitəsi tərəfindən ardıcıl üçüncü dəfə baş katib təyin edilib.

2016-ci ildə təşkil olunmuş 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri olub.

AVRO-2020-nin oyunlarının Bakı şəhərində keçirilməsi üçün namizədliyin irəli sürülməsi və prosedur işlərin həyata keçirilməsi prosesinə rəhbərlik edib. (2014-cü ilin sentyabr ayında UEFA tərəfindən AVRO-2020-nin üç qrup mərhələsi və bir dörddə bir final oyununa Bakı şəhərinin ev sahibliyi etmək hüququnun verildiyi elan olunmuşdur).

Mükafatları

  • 017-ci ildə tarixində Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomunu, 2017.

Ailəsi

Ailəlidir, üç övladı var.

Atası: Səlhab Məmmədov Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektorudur.

Aidiyyəti linklər

  • "BACK OF THE NET". www.thebusinessyear.com. İstifadə tarixi: 6 yanvar 2018.