"Rasim Mustafayev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 66: | Sətir 66: | ||
==Ailəsi== | ==Ailəsi== | ||
− | Atası Fərman Mustafayev və anası Nuriyyə Mustafayeva (Abdullayeva) Şəkinin tanınmış | + | Atası Fərman Mustafayev və anası Nuriyyə Mustafayeva (Abdullayeva) Şəkinin tanınmış pedaqoqlarıdırlar,19 nömrəli orta məktəbdə müəllim işləyiblər.Hər ikisi vəfat edib. |
Həyat yoldaşı: Mustafayeva Tamara Filippovna,hüquqşünasdır. | Həyat yoldaşı: Mustafayeva Tamara Filippovna,hüquqşünasdır. | ||
Sətir 77: | Sətir 77: | ||
Mustafayeva Elnarə Rasim qızı, huquqşunasdır. | Mustafayeva Elnarə Rasim qızı, huquqşunasdır. | ||
+ | |||
+ | {{Yaxşı məqalə}} |
17:18, 16 iyun 2020 versiyası
Rasim Mustafayev | |
---|---|
Mustafayev Rasim Fərman oğlu | |
Rasim Mustafayev | |
Rasim Mustafayev, | |
Doğum tarixi | 31 avqust 1950-ci il |
Doğum yeri | Nuxa,Azərbaycan SSR |
Vətəndaşlıq | Rusiya Federasiyası |
Elm sahəsi | Kimya |
Elmi adı | Kimya elmləri namizədi |
Rasim Mustafayev (Mustafayev Rasim Fərman oğlu; d. 31 avqust 1950-ci ildə, Nuxa, Azərbaycan SSR,) – kimya elmləri namizədi (1977),ixtiraçı alim, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü (2002),Novosibirsk şəhərində "Elmi tədqiqatlar və kimyəvi maddələr" müəssisəsinin direktoru.
Haqqında məlumatlar
1950-ci ildə Nuxada anadan olub.
1966-cı ildə Nuxa şəhər M.Qorki adına 10 nomrəli orta məktəbi gümüş medalla bitirib.
1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) kimya fakultəsində təhsil alıb.
1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri -Üzvi Kimya İnstitutunda əmək fəaliyyətinə başlayıb.
1972-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin ( Novosibirsk şəhəri) Qeyri -Üzvi Kimya İnstitunun Aspiranturasına qəbul olmuşdur.
1977-ci ildə Kimya Elmləri Namizədi elmi dərəcəsi almaq üçün "Platin qrupu metallarının müxtəlif mürəkkəb materiallardan selektiv ayrılması və onların mikro miqdarıının atom- absorbsiya üsulu ilə təyin olunması" mövzusunda dissertasiya müdafıə edib.
1977- 1998-ci illərdə Novosibirsk şəhərində "Elmi -tədqiqat kimya texnologiyasi İnstitutunda əvvəl baş elmi işçi, 1980-cı ildən laboratoriya müdiri,1985-ci ildən şöbə müdiri, 1991-ci ildən elmi işlər uzrə direktor müavini vəzifələrində işləyib.
1998-ci ildən yeni keyfiyyətli, ekoloji cəhətdən təhlükəsiz olan kimyəvi maddələrin alinması və istehsalı ilə məşğul olan "Elmi tədqiqatlar və kimyəvi maddələr" müəssisəsində direktor vəzifəsində işləyir.
Elmi nailiyyətləıri
- 72 elmi əsərin, 27 ixtiranın müəllifidir. İxtiralarından 2-sinə Almaniyada patent verilib.
- 1985-ci ildə RSFSR-in Novosibirsk vilayətinin "Ən yaxşı ixtiraçı"sı adına layiq görülüb.
- 2002-ci ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü seçilib.
Ailəsi
Atası Fərman Mustafayev və anası Nuriyyə Mustafayeva (Abdullayeva) Şəkinin tanınmış pedaqoqlarıdırlar,19 nömrəli orta məktəbdə müəllim işləyiblər.Hər ikisi vəfat edib.
Həyat yoldaşı: Mustafayeva Tamara Filippovna,hüquqşünasdır.
Övladları:
Mustafayev Nazim Rasim oğlu,tibb elmləri namizədi,damar cərrahı-fleboloqdur.
Mustafayeva Leyla Rasim qızı,həkimdir.
Mustafayeva Elnarə Rasim qızı, huquqşunasdır.