"Əbdüləli bəy Əmircanov" səhifəsinin versiyaları arasındakı fərqlər
Teq: Undo |
|||
Sətir 3: | Sətir 3: | ||
| orijinal adı = ''Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu'' | | orijinal adı = ''Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu'' | ||
| portret = Abdulali bey Amirjanov.jpg | | portret = Abdulali bey Amirjanov.jpg | ||
− | | portretin ölçüsü = | + | | portretin ölçüsü = 260px |
| izah = Əbdüləli bəy Əmircanov | | izah = Əbdüləli bəy Əmircanov | ||
04:42, 17 iyun 2020 versiyası
Əbdüləli bəy Əmircanov | |||||||
---|---|---|---|---|---|---|---|
Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu | |||||||
Əbdüləli bəy Əmircanov | |||||||
|
|||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
Xələfi | Məmmədhəsən Hacınski | ||||||
Doğum tarixi | 1870 | ||||||
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 15 may 1948 (78 yaşında) |
Əbdüləli bəy Əmircanov (Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu; d. 1870-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 15 may 1948-ci il, İstanbul, Türkiyə Respublikası) – azərbaycanlı dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş, Azərbaycan Parlamentinin üzvü olmuşdur.
Haqqında məlumatlar
1870-ci ildə Nuxada anadan olub.
1876 – 1883-cü illərdə Nuxa şəhər məktəbində oxuyub.
1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.
1888-ci ildə Nuxaya qayıtmış və şəhər məktəbində müəllim işləmişdir.
XIX əsrin axırlarında Lənkərana köçmüş, orada müəllim işləmiş və o dövrün tanınmış maarifçisi olan Teymur bəy Bayraməlibəyovla (1862 – 1937) birlikdə bir çox mədəni-maarif tədbirləri həyata keçirmişdir. Lənkəranda da ailə həyatı qurub.
XX əsrin əvvəllərində Bakıya köçmüş, rus-tatar məktəblərində dərs demiş, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib olaraq çalışmış, “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin və “Nəşri-Maarif” cəmiyyətinin işlərində yaxından iştirak etmişdir.
1918-ci ilin martında yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olub və mart-aprel aylarında daşnak-bolşeviklər tərəfindən həyata keçirilmiş müsəlman qətliamının qarşısını almağa çalışan ziyalılardan biri idi.
1918-ci ilin 17 iyunundan 6 oktyabrına qədər – Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri vəzifəsini tutub.
1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Behbud xan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib.
1918-ci ilin 6 oktyabrdan – 7 dekabrına qədər Dövlət Müfəttişi vəzifəsində çalışıb.
1918-ci ilin dekabrın 7-də fəaliyyətə başlamış Parlamentdə bitərəflər qrupunun üzvü olub.
1919-cu ildə Behbud xan Cavanşirlə birlikdə xarici ölkələrlə ticarət əlaqələri qurmaq üçün Bakıda “Dəyanət” şirkəti yaradıb.
1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklərin əlinə keçdikdən sonra Türkiyəyə - İstanbula gedib.
1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin 1927-ci ildəki birinci və 1928-ci ildəki ikinci heyətinin üzvü olub.
1948-ci ildə İstanbulda vəfat edib.
İstifadə edilmiş mənbə
Yaqublu N. Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov (azərb.) // 525-ci qəzet : qəzet. — Bakı, 1918. — В. 18 oktyabr. — № 182. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 Oct 2018 - 3 Nov 2018. Şablon:Yaxşı məqalə