"Gülçin Abdullayeva" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 22: | Sətir 22: | ||
|Elmi dərəcəsi = riyaziyyat üzrə fəlsəfə doktoru | |Elmi dərəcəsi = riyaziyyat üzrə fəlsəfə doktoru | ||
|Elmi adı = dosent | |Elmi adı = dosent | ||
− | |İş yeri = | + | |İş yeri = AMEA İdarəetmə Sistemləri İnstitutu, 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyası (laboratoriya rəhbəri) |
|Alma-mater = <!--Qədim təhsil ocaqları--> | |Alma-mater = <!--Qədim təhsil ocaqları--> | ||
|Təhsili = S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1965–1970) | |Təhsili = S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1965–1970) |
21:18, 21 may 2021 versiyası
Gülçin Abdullayeva — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəri.
Haqında məlumatlar
20 yanvar 1947-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1965 – 1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1970-ci ildə Azərbaycan SSR EA Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə götürülüb.
1981-ci ildən başlayaraq baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində işləyib.
2009-cu ildən AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəridir.
İkinci iş yerləri
1973-cü ildən Azərbaycanın ali məktəblərində riyazi analiz, tibbi kibernetika, ali riyaziyyat, informatika, süni intellekt, intellektual sistemlər fənnlərindən dərs deyir. 2021-ci il üçün Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinın informasiya texnologiyaları və sistemləri kafedrasının dosentidir.
Elmi fəaliyyəti
1979-cu ildə “Sinqulyar inteqralların requlyarlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2000-ci ildə dosent elmi adını alıb.
Çapdan çıxmış 125 elmi əsərin müəllifidir (57-si xarici ölkədə və bunlardan da 38-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmuşdur). 6 fəlsəfə doktorunun elmi rəhbəri olub.
Təltif və mükafatları
“Tərəqqi” medalı (2005).
Ailəsi
Ailəlidir, iki oğlu var.
Ədəbiyyat
- "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Abdullayeva Gülçin Gülhüseyn qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 18 Jun 2018 – 29 Nov 2020 tarixində arxivləşdirilib.