Abdulla Yusifov: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 70: | Sətir 70: | ||
2019 – 2020-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin böyük prokuroru vəzifəsində çalışıb. | 2019 – 2020-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin böyük prokuroru vəzifəsində çalışıb. | ||
2020-ci il mart ayından Ədliyyə | 2020-ci il mart ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisidir. | ||
===Təltif və mükafatları=== | ===Təltif və mükafatları=== |
20:54, 24 may 2021 versiyası
Abdulla Yusifov | |
---|---|
Yusifov Abdulla Əhməd oğlu | |
Abdulla Yusifov | |
Abdulla Yusifov. | |
Anadan olub | 9 aprel 1962 |
Anadan olduğu yer | Baş Layısqı, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1983–1988) |
Fəaliyyət illəri | 1988-ci ildən |
Mükafatları |
Abdulla Yusifov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi, baş ədliyyə müşaviri.
Haqqında məlumatlar
9 aprel 1962-ci il tarixdə Nuxa rayonunun Baş Layısqı kəndində anadan olub.
Təhsili
1979-cu ildə Baş Layısqı kənd orta məktəbini bitirib.
1983 – 1988-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Hərbi xidmətdə
1980 – 1982-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1988-ci ilin avqust ayından prokurorluq orqanlarında işləyib; o cümlədən,
1988 – 1989-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunda stajyor,
1989 – 1993-cü illərdə Gəncə Nəqliyyat prokurorunun köməkçisi,
1993 – 1994-cü illərdə Gəncə Nəqliyyat prokurorunun müavini,
1994 – 2000-ci illərdə Zaqatala rayon prokurorunun köməkçisi,
2000-ci ildə Zaqatala rayon prokurorunun müavini,
2000 – 2004 Zaqatala rayon prokuroru,
2004-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğu təşkilat-analitik idarəsinin prokuroru,
2004 – 2005-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu DİO istintaq, təhqiqat, əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini,
2005 – 2010-cu illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rəis müavini, birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi
2010 – 2019-cu illərdə Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi,
2019 – 2020-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin böyük prokuroru vəzifəsində çalışıb.
2020-ci il mart ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisidir.
Təltif və mükafatları
- “Dövlət qulluğunda fərqlənməyə görə” medalı (2008);
- “Prokurorluğun fəxri işçisi” döş nişanı (2012).
Ailəsi
Ailəlidir, 4 övladı var.