Ənvər Zülfüqarov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 38: Sətir 38:
|Commons              =
|Commons              =
}}
}}
'''Ənvər Zülfüqarov''' (1910–1995) — Sovet gömrük general mayoru, sovet dövründə uzun illər illər Bakı Gömrik Xidmətində işləmişdir.
'''Ənvər Zülfüqarov''' (1910–1995) — sovet gömrük general mayoru, sovet dövründə uzun illər illər Bakı Gömrik Xidmətində işləmişdir.


==Haqqında məlumatlar==
==Haqqında məlumatlar==

22:22, 10 iyul 2021 versiyası

Ənvər Zülfüqarov
Zülfüqarov (Zülfüqarzadə) Ənvər Məmməd oğlu
(rus.: Зульфугаров Энвер Мамедович (Мамед оглы))
Ənvər Zülfüqarov
Doğum tarixi 4 iyun 1910(1910-06-04)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1995
Uşaqları Kamal Ənvər oğlu ZülfüqarzadəEldar Ənvər oğlu Zülfüqarzadə
Atası Məmməd Zülfüqarmehdi oğlu Zülfüqarov
Anası Qonçə Əmircanova
Hərbi fəaliyyəti
Rütbə general-mayor

Ənvər Zülfüqarov (1910–1995) — sovet gömrük general mayoru, sovet dövründə uzun illər illər Bakı Gömrik Xidmətində işləmişdir.

Haqqında məlumatlar

4 iyun 1910-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1920-ci illərdə atası Məmməd Zülfüqarov Fövqəladə Komitə üzvləri tərəfindən güllələnmiş, bundan sonra anası Qönçə xanım onu bacısı və qardaşı ilə birlikdə Bakıya aparçışdır.

Təhsili

1930-cu ildə Leninqrad Aviasia İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1943-cü ildə Sovet Ordusunun kapitanı rütbəsini daşıyırdı və Tehranda (İran) Sovet-Amerikan əlaqə missiyasının üzvü idi. Elə həmin ildə Azərbaycan SSR Kartoçka Bürosunun əvvəl rəis müavini, sonra isə rəisi olub.

1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərində SSRİ-nin İsveçrə və Avstriyadakı ticarət nümayəndəliklərində, o cümlədən, 1953-cü ildə Vyananın (Avstriya) sovet işğal zonasında 2-ci kimyəvi konsernin baş direktoru vəzifəsində çalışıb.

1954 – 1987-ci illərdə Bakı Gömrük xidmətində işləyib; o cümlədən, general-mayor rütbəsi daşıyırdı və 1980-cı ildən III dərəcəli gömrük xidməti müşaviri idi.

Təltif və mükafatları

SSRİ-nin 6 orden və medalı ilə təltif olunmuşdur.

Ailəsi

Atası: Məmməd Zülfüqarmehdi oğlu Zülfüqarov.
Anası: Qonçə Əmircanova (bax: Əmircanovlar).
Əmisi: Hacı Zülqədər Zülfüqarov – Məmməd Zülfüqarovun böyük qardaşı, tacir olub[1].
Qardaşları:
Əhməd Məmməd oğlu Zülfüqarov, peşəkar iqtisadçı, Böyük Vətən müharibəsi iştirak etmiş, sonra Azərbaycan SSR Dövlət Qiymət və Qiymətləndirmə Komitəsinin sədri vəzifəsində çalışmışdır;
Əli Məmməd oğlu Zülfüqarov, peşəkar memar, Böyük Vətən müharibəsində həlak olub.
Bacısı: Tofa Məmməd qızı Əliyeva (Zülfüqarova)
Ənvər Zülfüqarzadənin evladları: Kamal Ənvər oğlu Zülfüqarzadə (Azərbaycan SSR əməkdar iqtisadçısı, 11.08.1934 – 25.01.2018) və Eldar Ənvər oğlu Zülfüqarzadə

İstinadlar

  1. Məmməd Zülfüqarovun 1897-ci ildə Şəkidə tikdirdiyi fərdi evdə 1930-cu ildən qarışıq tipli uşaq evi fəaliyyət göstərib. (# Ильхам Алиев принял участие в открытии нового здания, построенного Фондом Гейдара Алиева в городе Шеки для детского дома смешанного типа (rus.). https://ru.president.az/. Официальный сайт Президента Азербайджанской Республики. Arxivləşdirilib (10 iyul 2021).)