Hacı Əbdülqadir xan: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 28: | Sətir 28: | ||
|anası = | |anası = | ||
|həyat yoldaşı = qubalı Xurşid xanım<ref>Daha sonra [[Fətəli xan (Şəki xanı)|Fətəli xanın]] arvadı olub və [[Kərim ağa Fateh|Kərim ağa Şəkixanov]]un anasıdır.</ref> | |həyat yoldaşı = qubalı Xurşid xanım<ref>Daha sonra [[Fətəli xan (Şəki xanı)|Fətəli xanın]] arvadı olub və [[Kərim ağa Fateh|Kərim ağa Şəkixanov]]un anasıdır.</ref> | ||
|uşağı = [[Bala xanım]] ( | |uşağı = [[Bala xanım]] və 7 oğul (oğlanlarının hamısını [[Məhəmmədhəsən xan]] öldütdürüb) | ||
|imzası = | |imzası = | ||
|mükafatları = | |mükafatları = |
14:28, 20 dekabr 2021 versiyası
Hacı Əbdülqadir xan | ||||
---|---|---|---|---|
Hacı Əbdülqadir xan Hacı Çələbi xan oğlu | ||||
Şəki xanları, yaxud xanzadələri (şərti), - Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür. | ||||
|
||||
Sələfi | Məhəmmədhüseyn xan | |||
Xələfi | Məhəmmədhəsən xan | |||
Vəfat tarixi | 21 dekabr 1783 | |||
Sülalə | Qara Keşiş nəsli | |||
Dini | islam, sünni | |||
Atası | Hacı Çələbi xan | |||
Həyat yoldaşı | qubalı Xurşid xanım[1] | |||
Uşaqları | Bala xanım və 7 oğul (oğlanlarının hamısını Məhəmmədhəsən xan öldütdürüb) |
Hacı Əbdülqadir xan (?–1783) — 1780–1783-cü illərdə Şəki xanı olmuş şəxs. Şəki xanı Hacı Çələbi xanın oğludur. Qardaşı oğlu Məhəmmədhüseyn xanı devirərək hakimiyyətə gəlmiş, az sonra Məhəmmədhüseyn xanı edam etdirmi, cəmi 3 il sonra isə 3 il əvvəl devirdiyi və öldütdürdüyü Məhəmmədhüseyn xanın oğlu Məhəmmədhəsən xan tərəfindən özü də devrilmiş və az müddətdən sonra öldürülmüşdür.
Haqqında məlumatlar
1770-ci ildə qardaşı Cəfər ağanın o vaxtkı Şəki xanı Məhəmmədhüseyn xan tərəfindən öldürülməsindən sonra başına bir dəstə yığıb, Qanıx çayının Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi Irakli xan da onun Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər.
Məhəmmədhüseyn xan Hacı Əbdülqadirin digər bir qardaşının oğlu idi, başqa sözlə, Hacı Əbdülqadir Məhəmmədhüseyn xanın doğma əmisi idi.
Məhəmmədhüseyn xan öz oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadirə xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir[2].
1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxa şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər,
"səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər. Bu vaxt xan da hərəmxanasına mütəssil (–yəni: bitişik) "Qurğuşunlu otaq"da imiş. Bu əhvalatdan xəbərdar olub, içəridən qapıları bağladıqdan sonra bunlar ilə atışmaq başlayır. Ancaq yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirtdəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür."[3].
Məhəmmədhüseyn xan silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Hacı Əbdülqadirin əlinə keçir.
Bir-iki il sonra Hacı Əbdülqadir ilə Qarabağ xanı İbrahim xanın münasibətləri körlananda, İbrahim xan Məhəmmədhüseyn xanın ölmüş hesab edilən oğlu Məmmədhəsən ağanı üzə çıxartdı, hansı ki o vaxta qədər gizlədirdi. Məmmədhəsən ağa özünə qoşun toplayıb, tezliklə Şəkini ələ keçirir və özünü xan elan edir. Daha sonra Hacı Əbdülqadir xanı tutub öldürtdürür.
Hacı Əbdülqadir xanın ölüm tarixi Şəkidə tərtib olunmuş maddeyi-tarixdə belə göstərilir:
"Hacı (Əbdülqadir) xanın alicah Məhəmmədhəsən xan Hüseyn xan oğlunun əlində ölməsi və Şəkinin alınması və burada qəhətlik olması tarixi: 26 məhərrəm 1198-ci il (21 dekabr 1783-cü il)". [4].
XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Hacı Əbdülqadirin xarakterini belə təsvir edir:
"Deyirlər ki, o, (Hacı Əbülqadir xan) igid və cəsarətli bir əmir olub, amma cüzi işlərdə çox şiddət göstərərmiş" [5].
İstinadlar
- ↑ Daha sonra Fətəli xanın arvadı olub və Kərim ağa Şəkixanovun anasıdır.
- ↑ İbrahim xan Məhəmmədhəsən ağanın köynəyini qana bulayıb Hacı Əbdülqadirə göndərmişdir.
- ↑ Məhəmmədiyyə təriqətinə məxsus kitabdan anonim şəxsin qələmə aldığı hekayət, Əlyazmaları İnstitutu, şifrə B-589/10505, səh.: 51b – 52a.
- ↑ Ədalət Tahirzadə. Şəkinin tarixi qaynaqlarda, Bakı, 2005.
- ↑ A.Bakıxanov, Gülüstani-İrəm, Bakı, 2000, səh.: 78.