Şəki Dövlət Dram Teatrı: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 1: | Sətir 1: | ||
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Teatr | {{Ensiklopedikləşdirilməli}}[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Teatr | ||
|Adı = Şəki Dövlət Dram Teatrı | |Adı = Şəki Dövlət Dram Teatrı | ||
|Orijinal adı = | |Orijinal adı = |
04:31, 29 dekabr 2021 versiyası
Bu məqaləni ensiklopedikləşdirmək lazımdır. |
Şəki Dövlət Dram Teatrı | |
---|---|
Əvvəlki adı | Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı |
Heyət | |
Direktor | Hikmət Nəbiyev |
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı — Şəki rayonunda fəaliyyət göstərən teatr.
Tarixi
1879-cu ildə İpəkçilər şəhəri olan Şəkidə ilk dəfə, barama ambarında, maarifpərvər yazıçı Rəşidbəy Əfəndiyevin təşəbbüsü ilə M.F.Axundovun "Hacı Qara" komediyası yerli həvəskarlarla tamaşaya qoyulmuşdur. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə Dövlət Dram Teatrı, 1959-1975-ci illərdə isə xalq teatrı fəaliyyət göstərmişdir. 1975-ci ildə mərhum rejissor Vaqif Abbasovun və direktor Nazim Bilalovun rəhbərliyi ilə yeni Dövlət Teatrı yaranmış və az müddət ərzində böyük uğurlar qazanmışdır. 1977-ci ildə Bolqar dramaturgiyası festvalında R.Stayanovun "Ustalar" əsəri ilə çıxış edən teatr festifalın baş mükafatına layiq görüldü və Bolqarstana dəvət aldı. 1978-ci ildə Macar dramaturqu Şandor Petefinin "Pələng və kaftar", 1980-cı ildə Alman dramaturqu Bartold Brextin "Arturo U-nin karyerası", 1981-ci ildə Polşa dramaturqu Çapekin "Ağ xəstəlik", 1982-ci ildə Rumıniya dramaturqu M.Sebastyanın "Adsız ulduz" əsərləri ilə dalbadal festifallarda çıxış edən teatr bütün festifalların qalibi olaraq teatr tarixinə öz imzasını atdı. Teatr 1984-cü ildə Moskvada qastrolda olmuşdur. 1985-ci ilədək teatrın baş rejissoru H. Atakişiyev olmuşdur. 1985-ci ildə bu vəzifəyə Cahangir Novruzov təyin olunmuşdur.
130 il ərzində teatr həm Azərbaycan, həm də dünya klassiklərinin əsərlərinə səhnə tərtibatı vermiş və öz dəsti xətti ilə Amerika, Avropa və Asiyada şöhrət qazanmışdır.