"Müjkan Məmmədzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 85: | Sətir 85: | ||
==İstifadə edilmiş mənbə== | ==İstifadə edilmiş mənbə== | ||
*{{cite web |url=https://www.facebook.com/narimanovgii/posts/2615981705167099 |title=Nərimanov Rayon Gənclər və İdman İdarəsi |author= |date=16 yanvar 2020 |website=|publisher=Nərimanov Rayon Gənclər və İdman İdarəsi |language=az |accessdate= |archiveurl =http://web.archive.org/web/20200516115506/https://www.facebook.com/narimanovgii/posts/2615981705167099 |archivedate =16.05.2020 }} | *{{cite web |url=https://www.facebook.com/narimanovgii/posts/2615981705167099 |title=Nərimanov Rayon Gənclər və İdman İdarəsi |author= |date=16 yanvar 2020 |website=|publisher=Nərimanov Rayon Gənclər və İdman İdarəsi |language=az |accessdate= |archiveurl =http://web.archive.org/web/20200516115506/https://www.facebook.com/narimanovgii/posts/2615981705167099 |archivedate =16.05.2020 }} | ||
+ | {{Yaxşı məqalə}} |
16:23, 16 may 2020 versiyası
Müjkan Məmmədzadə | |
---|---|
Məmmədzadə Müjkan Əbdüləli qızı | |
Müjkan Məmmədzadə | |
Anadan olub | 8 avqust 1983 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (bakalavriatura, 2001 – 2005; magistratuara 2011 – 2013); Təhsil Problemləri İnstitutu (doktorantura, 2014 - ?), Naxçıvan Dövlət Universiteti, beynəlxalq münasibətlər fakültəsi (201? – 2019) |
Müjkan Məmmədzadə (Məmmədzadə Müjkan Əbdüləli qızı; d. 8 avqust 1983-cü il, Bakı, Azərbaycan SSR, SSRİ) – 2020-ci ildən Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin üzvü və Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədri. 2018 – 2019-cu illərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsində, 2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində məsul vəzifələr tutub. Başqırdıstan Dövlət Universitetinin “Türk filologiyası: Gənc alimlərin tədqiqatlarında müasir yanaşmalar” mövzusunda Beynəlxalq elmi konfransın materiallarından ibarət jurnalın Azərbaycan üzrə redaksiya heyətinin üzvüdür.
Haqqında məlumatlar
1983-cü ildə Bakıda anadan olub.
Təhsili
2000-ci ildə Bakı şəhər 278 saylı orta məktəbi bitirib.
2001 – 2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr,
20011 – 2013-cü illərdə isə magistr təhsili alıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Təhsil aldığı illərdə akademiyanın YAP Gənclər Birliyinin və Tələbə Elmi Cəmiyyətinin sədri olub.
2014-cü ildə fəlsəfə doktoru proqramı üzrə Təhsil Problemləri İnstitutunun doktoranturaya qəbul olunub.
201? – 2019-cu illərdə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.
İş yerləri
2005 – 2008-ci illərdə Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi Mərkəzində mütəxəssis, aparıcı mütəxəssis,
2008 – 2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində metodist, bölmə müdiri,
2014 – 2017-ci illərdə Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin müdiri,
2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində nazir müavinin köməkçisi – aparıcı məsləhətçi,
2018 – 2019-cu illərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsində Ümumi sektorun müdiri vəzifəsində işləyib.
23 dekabr 2019-cu il tarixdə keçirilmiş Bələdiyyə seçkilərində ümumi səsvermənin nəticələrinə uyğun olaraq Nərimanov Rayon Bələdiyyəsinin üzvü seçilib.
2020-ci ildən Nərimanov Rayon Bələdiyyəsinin Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədridir.
Pedaqoji fəaliyyəti
2005 – 2006-cı illərdə Bakı Turizm Kollecində,
2006 – 2007-ci illərdə Beynəlxalq Kollecdə,
2007 – 2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində,
2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində,
2018-ci ildən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müqavilə əsasında müəllim vəzifəsində çalışır.
Elmi fəaliyyəti
60-dan çox Beynəlxalq və respublika elmi-praktik konfransların iştirakçısı,
70-dan çox elmi məqalənin, bakalavr pilləsi üçün 1 proqramın və Başqırdıstan Dövlət Universitetinin “Türk filologiyası: Gənc alimlərin tədqiqatlarında müasir yanaşmalar” mövzusunda Beynəlxalq elmi konfransın materiallarından ibarət jurnalın Azərbaycan üzrə redaksiya heyətinin üzvüdür.
İstifadə edilmiş mənbə
- "Nərimanov Rayon Gənclər və İdman İdarəsi" (azərb.). Nərimanov Rayon Gənclər və İdman İdarəsi. 16 yanvar 2020. 16.05.2020 tarixində arxivləşdirilib.