"Qərib Calalov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:Q{{Alim |Şəkil = Qərib Calalov.jpg |Şəkil məlumat = |Şəkil miqyası = |Adı = Qərib Cəlalov |Tam adı = Calalov Qərib İsaq oğlu |Digər adla...' ilə yarat) |
|||
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:Q]]{{Alim | + | [[Kateqoriya:Q]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]{{Alim |
|Şəkil = Qərib Calalov.jpg | |Şəkil = Qərib Calalov.jpg | ||
|Şəkil məlumat = | |Şəkil məlumat = | ||
Sətir 10: | Sətir 10: | ||
|Elmi dərəcəsi = texnika elmləri doktoru | |Elmi dərəcəsi = texnika elmləri doktoru | ||
}} | }} | ||
− | |||
'''Qərib Calalov''' - texnika elmlər doktoru, professor, [[AMEA]]-nın müxbir üzvü, AMEA-nın [[Geologiya və Geofizika İnstitutu]]nun şöbə müdiri. | '''Qərib Calalov''' - texnika elmlər doktoru, professor, [[AMEA]]-nın müxbir üzvü, AMEA-nın [[Geologiya və Geofizika İnstitutu]]nun şöbə müdiri. | ||
Sətir 40: | Sətir 39: | ||
* http://www.science.az saytı, struktur bölməsində AMEA-nın müxbir üzvləri | * http://www.science.az saytı, struktur bölməsində AMEA-nın müxbir üzvləri | ||
* Alim və ziyalılar. "Bakı Universiteti Nəşriyyatı", Bakı, 2002, 582 səh. | * Alim və ziyalılar. "Bakı Universiteti Nəşriyyatı", Bakı, 2002, 582 səh. | ||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− |
00:47, 19 may 2020 versiyası
Qərib Cəlalov | |
---|---|
Calalov Qərib İsaq oğlu | |
Qərib Cəlalov | |
Doğum tarixi | 28 noyabr, 1937 |
Doğum yeri | Baş Göynük, Şəki rayonu, Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Qərib Calalov - texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri.
Həyatı
Qərib Calalov 28 noyabr 1937-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Baş Göynük kənd orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə maye və qaz mexanikası ixtisası üzrə təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan EA NKPİ-na göndərilmiş və orada kiçik elmi işçi işləmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Neft qatının elektrik modelləşdirilməsi və lay və quyuların tədqiqi" şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəhbəri olmuşdur.
1967-ci ildə "Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
1990-ci ildə "Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1990-ci ildən o ADNA-da "Neft mədən geologiyası" kafedrasının professoru vəzifəsini tutaraq, eyni zamanda elmi və pedaqoji fəaliyyətlə məşğul olurdu.
2001-ci ildə neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA Geologiya və Geofizika institutunda "Layın hidroqazdinamikası" şöbəsinin rəhbəri işləyir.
Onun əsas elmi fəaliyyəti deformasiya olunan böyük yatma dərinlikli məsaməli, çatlı və çatlı-məsaməli neft və qaz yataqlarının kollektorlarında baş verən süzülmə proseslərinin hidro-qazdinamik modelləşdirmə üsullarının yaradılması üzrə kompleks tədqiqatlar aparılması və bu tədqiqatlar əsasında işlənmənin texnoloji göstəricilərini təyin etməyə imkan verən yeni effektiv hesabat sxemlərinin işlənməsi ilə bağlıdır.
Keçiriciliyə nəzərən qeyri-bircins layların modelləşdirilməsinin yeni üsulu təklif edilmiş və süzülmənin qazhidrodinamik məsələlərinin dəqiq və təqribi analitik həlləri alınmışdır. Maye və qazın qərarlaşmamış süzülməsi şəraitində deformasiya olunan layların süzülmə-tutum parametrlərinin identifikasiyası üsulu yaradılmışdır. 180-dən elmi məqalənin (bunlardan 30-u xaricdə çap olunmuşdur), 2 monoqrafiyanın müəllifidir. İndiyədək onun rəhbərliyi ilə 8 nəfər elmlər namizədi alimlik dərəcəsinə yiyələnmişdir.
Amerika Beynəlxalq mühəndis neftçilər cəmiyyətinin üzvüdür. 1985-ci ildə "Əmək veteranı" medalı, 1985-ci ildə bir qrup alimlə birgə "Mürəkkəb dağ-geoloji şəraitlərdə çoxsaylı neft və qaz yataqlarının öyrənilməsinin dağ-geofiziki və hidrodinamiki üsulları kompleksinin yaradılması və tətbiqi" işinə görə akad. İ.M.Qubkin adına mükafata layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə mükafatlanıb.
Əsas elmi əsərlərin adları
- Birgə istismar olunan çoxtəbəqəli yataqlarda quyuların tədqiqi məlumatlarının analizi (ingilis dilində) Project report İDOGD/UNOCAL, USA.
- Neft və qaz yataqlarının işlənməsi prosesində terrigen kollektor süxurlarının süzülmə-tutum xassələrinə lay təzyiqinin təsiri (rus dilində) Геология нефти и газа, №5, 1997.
- Karbohidrogen yataqlarının işlənmə tarixi məlumatları əsasında hidrodinamik modellərin sazlanması haqqında (rus dilində). Известия НАНА, серия науки о земле, №2, 2000.
- Çatlı kollektorların hidroqazdinamikası (rus dilində). Баку, Элм, 1988
- Flüyüdlərin qərarlaşmış süzülməsi şəraitində deformasiya olunan layların süzülmə-tutum parametrlərinin identifikasiyası metodikası(rus dilində). Баку, Элм, 1989
Mənbə
- http://www.science.az saytı, struktur bölməsində AMEA-nın müxbir üzvləri
- Alim və ziyalılar. "Bakı Universiteti Nəşriyyatı", Bakı, 2002, 582 səh.