Ələddin Əsədov
Ələddin Əsədov | |
---|---|
Əsədov Ələddin Qurban oğlu | |
Ələddin Əsədov | |
Anadan olub | 24 iyul 1952 |
Anadan olduğu yer | Aşağı Küngüt, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi ( – 1978) |
Ələddin Əsədov – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Kitabxana Kollektorunun direktoru[1]; telejurnalist, 1980 – 1990-cı illərdə AzTV-də işləyib, həmçinin, bir neçə filmin prodüseridir.
Haqqında məlumatlar
1952-ci ildə Nuxa rayonunun Aşağı Küngüt kəndində anadan olub.
1978-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1978 – 1983-cü illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasının redaktoru olub.
1983-cü ildən AzTV-nin “Gənclik” redaksiyasında redaktor, daha sonra baş redaktor vəzifəsində işləyib.
1980 – 1990-cı illərdə AzTV-də efirə gedən telemarafonların, canlı proqramların aparıcısı və müəllifi idi.
Sonralar «Renessans» nəşriyyatının direktoru, Az.RNB-nin idarə heyəti sədrinin müavini olub[2].
2017-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi/Mədəniyyət Nazirliyi Respublika Kitabxana Kollektorunun direktorudur[1].
Filmoqrafiya
İstinadlar
Mənbələr
- Nizami Rayonu İcra hakimiyyəti. "Mədəniyyət/İstirahət parkları və kinoteatrlar". http://www.nizami-ih.gov.az/ (azərb.). Nizami Rayonu İcra hakimiyyəti. 25 Jul 2013 – 21 Sep 2020 tarixində arxivləşdirilib.
- Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi. (azərb.). Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi. 29 Jul 2013 – 5 Mar 2016 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)