Aydın Süleymanlı
Aydın Süleymanlı | |
---|---|
Aydın Elşən oğlu Süleymanlı | |
Aydın Süleymanlı 2017-ci ildə. | |
Ölkə | Azərbaycan |
Doğum tarixi | 22 mart 2005 |
Doğum yeri | Bakı, Azərbaycan |
Titulu | Beynəlxalq usta (BU) (2019) |
FİDE reytinqi | 2525 (aprel 2022) |
facebook səhifəsi | |
Commonsda da Aydın Süleymanlı ilə əlaqəli mediafayllar var |
Aydın Süleymanlı — şahmat üzrə beynəlxalq usta (BU)[1], 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionu, digər yaş qrupları üzrə daha əvvəlki illərdəki bir sıra beynəlxalq turnirlərin qalibi, yaxud mükafatçısı.
Haqqında məlumatlar
22 mart 2005-ci il tarixdə Bakıda anadan olub.
Şahmat fəaliyyəti
5 yaşından şahmata maraq göstərib. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılıb. Sonra valideynlərinin istəyinə uyğun olaraq Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində gedib.
6 yaşından başlayaraq uşaq və yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında müxtəlif yaş kateqoriyaları üzrə Azərbaycanı təmsil edib[2].
2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub və FİDE Ustası (FU) adını alıb[3]. Həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub[2].
2014-cü ilin noyabrında şahmatın blits və rapid növü üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub[4][5].
2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa Çempionatında 9 oyundan 7 xal yarım yığmaqla 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanıb[6].
2019-cu ildə Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub[7].
2020-ci ilin fevral ayında Moskvada keçirilən “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub[8].
Ailəsi
- atası: Elşən Aydın oğlu Süleymanlı – ali təhsilli iqtisadçı və “Veysəloğlu” firmasının meneceri;
- anası: Jalə Əliabbas qızı Süleymanlı – müəllimə;
- ata babası: Aydın Süleymanov (1949 – 2014) fizika-riyaziyyat elmləri namizədi və AMEA Fizika İnstitutunda baş aparıcı elmi işçisi;
- ana babası: Əliabbas – Texniki Universitetin müəllimi.
İstinadlar
Aidiyyəti linklər
- Rəşad Ziyadov (2017). "Sürətli şahmat üzrə 10 yaşlılar arasında Avropa çempionu". Anl.az. 19 oktyabr 2018 tarixində arxivləşdirilib. (#parameter_ignored)
- Yeniyetmələrimiz blits və rapid üzrə Avropa çempionatında 7 medal qazandılar // Dsport.az
- Yeniyetmə şahmatçımız Aydın Süleymanlı dünya çempionu adını qazanıb // Azertag.az
Ədəbiyyat
- Rəşad Ziyadov (2017). "Sürətli şahmat üzrə 10 yaşlılar arasında Avropa çempionu". Anl.az. 19 oktyabr 2018 tarixində arxivləşdirilib. (#parameter_ignored)
- Chess-results.com (2013). "23rd EUROPEAN YOUTH CHESS CHAMPIONSHIP 2013 - OPEN U8". chess-results.com. Chess-results.com.
- Chess-results.com (2014). "14th INDIVIDUAL EUROPEAN CHAMPIONSHIP - BLITZ, U10-BOYS". chess-results.com. Chess-results.com.
- Chess-results.com-2 (2014). "14th EUROPEAN CHAMPIONSHIP – RAPID, U10-BOYS". chess-results.com. Chess-results.com.
- Chess-results.com (2017). "European Youth Chess Championship 2017". chess-results.com. Chess-results.com.
- Chess-results.com (2019). "World Youth Chess Championship 2019- Open U14". chess-results.com. Chess-results.com.
- ratings.fide.com (2019). "2nd quarter PB 2019, 27-30 June, Baku, Azerbaijan". ratings.fide.com. ratings.fide.com.