Ziya Yusifzadə
Ziya Yusifzadə | |||||||
---|---|---|---|---|---|---|---|
Ziya Yusifzadə | |||||||
|
|||||||
Sələfi | az:Vitali Krasilnikov | ||||||
Xələfi | az:İvan Qorelovski | ||||||
Doğum tarixi | 15 fevral 1929 | ||||||
Doğum yeri | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||||||
Vəfat tarixi | 29 sentyabr 2015 (86 yaşında) | ||||||
Dəfn yeri | İkinci Fəxri Xiyaban, Bakı | ||||||
Atası | Məmmədiyyə Yusifzadə | ||||||
Təhsili | Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutu ( – 1952) | ||||||
Təltifləri |
|
Ziya Yusifzadə (1929 – 2015) — Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri (1980–1988).
Haqqında məlumatlar
15 fevral 1929-cu il tarixdə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub.
Təhsili
1945-ci ildə Zaqatalada orta məktəbi (qızıl medalla),
1952-ci ildə isə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu (ingilis dili ixtisası) üzrə bitirib.
Əmək fəaliyyəti
1952 – 1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.
1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunub; o cümlədən,
1972 – 1976-cı illərdə əks-kəşfiyyat şöbəsinin rəisi,
1976 – 1980-cı illərdə sədrin I müavini,
1980 – 1988-ci il illərdə sədr olub.
1988 – 1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.
1999-cu ildə hərbi qulluğa bərpa olunub; o cümlədən,
1999 – 2015-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəisi vəzifəsində çalışıb.
Hərbi rütbələri
1977-ci ildə general-mayor,
1984-cü ildə isə general-leytenant hərbi rütbəsi alıb.
İctimai-siyasi aktivliyi
Bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib.
1970 – 1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd,
1980 – 1988-ci illərdə MK-nın büro üzvü olub.
Təltif mükafatları
Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə Azərbaycan Respublikasının, SSRİ-nin və xarici dövlətlərin 40-dan yuxarı orden və medalları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif edilmişdir.
Vəfatı
29 sentyabr 2015-ci il tarixdə – 86 yaşında, Bakıda vəfat edib.
30 sentyabr 2015-ci il tatixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib və, mərhum II Fəxri xiyabanda dəfn olunub.
Ədəbiyyat
Tahir Aydınoğlu (15.02.2014). "Ziya Yusifzadə – 85. Dövlətçiliyimizin və milli təhlükəsizliyimizin keşiyində sədaqətli xidmət nümunəsi (müsahibə)". Xalq qəzeti (azərb.). xalqqazeti.com. İstifadə tarixi: 2015-09-30.
Xarici keçidlər
- Təmiz söhbət - Ziya Yusifzadə (26.03.1999) — YouTube saytı.
- Ziya Yusifzadənin üçüncü ildönümüdür - az24saat.org saytı
Həmçinin, bax:
- Z
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış hərbçilər
- 1929-cu ildə doğulanlar
- 15 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 29 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- "Oktyabr İnqilabı" ordeni laureatları
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)