Şəfiqə Axundova
Şəfiqə Axundaova (Axundova Şəfiqə Qulam qızı; d. 21 yanvar 1924-cü ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 26 iyul 2013-cü ildə, Bakı, Azərbaycan Respublikası) — azərbaycanlı kompozitor, Azərbaycan Respublikasının xalq artisti (1998). Şərqdə opera yazmış ilk qadın bəstəkar[1].
Şəfiqə Axundova | |
---|---|
Axundova Şəfiqə Qulam qızı | |
Şəfiqə Axundova | |
Şəfiqə Axundova, 2010-cu il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 yanvar 1924 |
Doğum yeri | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 26 iyul 2013 (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban, Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Peşəsi | bəstəkar |
|
|
Təhsili | Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası |
Mükafatları |
|
Commonsda da Şəfiqə Axundova ilə əlaqəli mediafayllar var |
Haqqında məlumatlar
21 yanvar 1924-cu il tarixdə Nuxada anadan olub. Atası tanınmış mədəniyyət xadimi Qulam Axundovun qızıdır[2].
Təhsili
1943 – 1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi məktəbində ilk musiqi təhsilini alıb.
1956-cı ildə təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirməyə başlayıb və Boris Zeydmanın sinfini bitirib[3].
Yaradıcılığı
1972-ci ildə «Gəlin qayası» operasını yazıb (Süleyman Rəhimovun eyniadlı povestinin motivləri əsasında). Bu bütün Şərqdə qadın tərəfindən yazılmış ilk opera idi[1].
Vəfatı
Ömrünün son illərində Şəfiqə Axundovanın səhhəti xeyli pisləşmişdi. Ayaqlarında, nitqində və yemək qəbulunda problemlər yaranmışdı. 11-iyul 2013-cü il tarixdə Şəkidə olarkən səhhəti qəflətən pisləşdiyindən əvvəl Şəki Mərkəzi rayon Xəstəxanasının xəstəxanasının, sonra isə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, vəziyyəti bir qədər yaxşılaşsa da, 26 iyul tarixdə saat 12 radələrində reanimasiya şöbəsində dünyasını dəyişmişdir. 27 iyul tarixdə Rəşid Behbudov adına Mahnı teatrında təşkil olunmuş vida mərasimindən sonra Fəxri Xiyabanda dəfn edilmişdir[4].
Təltif və mükafatları
- “Şərəf Nişanı” ordeni, 1959.
- Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1973[3].
- Azərbaycan respublikasının xalq artisti, 1998.
- [["Şöhrət" ordeni (Azərbaycan)|Şöhrət ordeni], 2004[2].
Filmoqrafiya
İstinadlar
- ↑ 1,0 1,1 Şərqdə ilk opera bəstələyən qadın- Şəfiqə Axundova vəfat edib. // BBC. 26.07.2013 (azərb.)
- ↑ 2,0 2,1 Скончалась композитор Шафига Ахундова
- ↑ 3,0 3,1
Şəfiqə Axundova - ↑ Состоялась церемония прощания с композитором Шафигой Ахундовой