Abdulla Yusifov

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:58, 24 may 2021 tarixli dəyişiklik

Abdulla Yusifov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi, baş ədliyyə müşaviri.

Abdulla Yusifov
Yusifov Abdulla Əhməd oğlu
Abdulla Yusifov
Abdulla Yusifov.
Anadan olub 9 aprel 1962 (1962-04-09) (62 yaş)
Anadan olduğu yer Baş Layısqı, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1983–1988)
Fəaliyyət illəri 1988-ci ildən
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2008

Haqqında məlumatlar

9 aprel 1962-ci il tarixdə Nuxa rayonunun Baş Layısqı kəndində anadan olub.

Təhsili

1979-cu ildə Baş Layısqı kənd orta məktəbini bitirib.

1983 – 1988-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

1980 – 1982-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1988-ci ilin avqust ayından prokurorluq orqanlarında işləyib; o cümlədən,

1988 – 1989-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunda stajyor,

1989 – 1993-cü illərdə Gəncə Nəqliyyat prokurorunun köməkçisi,

1993 – 1994-cü illərdə Gəncə Nəqliyyat prokurorunun müavini,

1994 – 2000-ci illərdə Zaqatala rayon prokurorunun köməkçisi,

2000-ci ildə Zaqatala rayon prokurorunun müavini,

2000 – 2004 Zaqatala rayon prokuroru,

2004-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğu təşkilat-analitik idarəsinin prokuroru,

2004 – 2005-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu DİO istintaq, təhqiqat, əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini,

2005 – 2010-cu illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rəis müavini, birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi

2010 – 2019-cu illərdə Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi,

2019 – 2020-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin böyük prokuroru vəzifəsində çalışıb.

2020-ci il mart ayından Ədliyyə Nazirliyinin Şəki regional idarəsinin rəisidir.

Təltif və mükafatları

Ailəsi

Ailəlidir, 4 övladı var.

Şablon:Yaxşı məqalə