Rəsul Lətifzadə
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:07, 26 iyun 2020 tarixli dəyişiklik
Rəsul Lətifzadə – azərbaycanlı violonçel musiqi aləti ifaçısı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı.
Haqqında məlumatlar
1996-cı ildə Bakıda anadan olub.
6 yaşından violonçel musiqi alətində ifa edir.
2014 – 2020-cu illərdə Bakı Müsiqi Akademiyasında bakalavr və magistr pillələri üzrə təhsil alıb.
Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblında violonçel ifaçısı olub.
2010-cu ildə Mstislav Rostropoviç adına Bakıda Beynəlxalq Musiqi Festivalının üçüncüsü olub.
Ailəsi
- Anası – Lətifova Təranə Şakir qızı, 1961-ci ildə Nuxada anadan olub, 1967-ci ildə ailəsi Bakıya köçüb və o vaxtdan Bakıda yaşayır, riyaziyyat müəllimidir.
- Atası – Yəhyəyev İlyas Fəxrəddin oğlu, Göyçayda anadan olub, əslən indiki Oğuz rayonundandır, tikinti dizayneridir.