Səyyarə Vahabova
Səyyarə Vahabova | |||||||
---|---|---|---|---|---|---|---|
Vahabova Səyyarə Həsən qızı | |||||||
Səyyarə Vahabova | |||||||
|
|||||||
Doğum tarixi | 5 sentyabr 1920 | ||||||
Doğum yeri | Nuxa, Nuxa qəzası, Azərbaycan SSR | ||||||
Vəfat tarixi | 9 noyabr 1997 (77 yaşında) | ||||||
Vəfat yeri | Şəki, Azərbaycan | ||||||
Təhsili |
V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnsitutu, dil-ədəbiyyat fakultəsi ( – 1941) Bakı Ali Partiya Məktəbi(az) (1945 – 1946) |
Səyyarə Vahabova – Azərbaycan sovet partiya və dövlət məmuru, pedaqoq; 1956 – 1960-cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1957 – 1959-cu illərdə Azərbaycan KP MK-nın üzvü, 1959 – 1963 cü illərdə VII-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 1960 – 1980 ci illərdə Nuxa/Şəki şəhər 3 № li orta məktəbin direktoru vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
5 sentyabr 1920-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
1941-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnsitutunun dil-ədəbiyyat fakultəsini bitirib.
1945 – 1946 cı ildə illərdə Bakı Ali Partiya məktəbində təhsilini artırıb.
Əmək fəaliyyəti
1942 – 1944 cü illərdə Baş Göynük kənd 1 №-li məktəbdə dil-ədəbiyyat müəllimi işləyib.
1944-cü ildə partiya işinə – Azərbaycan KP Nuxa şəhər komitəsində təlimatçı vəzifəsinə irəli çəkilib.
1946 – 1948 ci illərdə Azərbaycan KP Nuxa şəhər Partiya Komitəsində partiya kabinetinin müdiri,
1947 – 1951 ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunda baş müəllim,
1950 – 1954 cü illərdə Azərbaycan KP Nuxa şəhər Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri,
1954 – 1956 cı illərdə Nuxa rayon Xalq Maarif Şöbəsinin müdiri,
1956 – 1960 cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,
1960 – 1980 ci illərdə Nuxa/Şəki şəhər 3 № li orta məktəbin direktoru vəzifəsində çalışıb.
İctimai-siyasi fəaliyyəti
1957-ci ildə Nuxa Rayon Sövetinə deputat seçilib.
1957-ci ildə Moskvada SSR Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan nümayəndə heyyətinin tərkibində iştirak edib.
1957 – 1959-cu illərdə Azərbaycan KP MK-nın üzvü olub.
1958-ci ildə Moldaviya SSR-in paytaxtı Kişinyovda keçirilən SSRİ Kənd Təsərrüfatı işçilərinin Ümumittifaq müşavirəsində Azərbaycan Nümayəndə heyətinin tərkibində iştirak edib.
1959 – 1963 cü illərdə VII-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1959 cu ildə Bakıda keçirilən Respublika Partiya təsərüfat fəallarının yığıncağında iştirak edib.
1960 cı ildə Azərbaycan SSR Ali Sovetində məsul vəzifəyə dəvət olunub.
Vəfatı
Uzun sürən xəstəlikdən sonra 9 noyabr 1997 ci il tarixdə Şəkidə vəfat edib.
Digər
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimovun bacısıdır.