İkram İsrafil

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 17:18, 17 yanvar 2021 tarixli redaktə
İkram İsrafil
İsrafilov İkram İsrail oğlu
İkram İsrafil
İkram İsrafil, 2010-cu il.
Anadan olub 16 yanvar 1964 (1964-01-16) (60 yaş)
Anadan olduğu yer Bideyiz, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
İxtisası mexanik
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, mexanika fakültəsi
Partiya Müsavat Partiyası Müsavat Partiyası
facebook hesabı

İkram İsrafil — ictimai-siyasi fəal; 2006 – 2011-ci illərdə 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Haqqında məlumatlar

16 yanvar 1964-cü il tarixdə Nuxa rayonunu Bideyiz kəndində anadan olub.

Təhsili

Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirib.

Əmək fəaliyyəti

1984-cü ildən M.Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası,

1991 – 1993-cü illərdə əvvəl Sumqayıt aşqarlar zavodunun “Azadlıq” kiçik müəssisəsində sex rəisi, sonra isə “Xəzər” Səhmdar Cəmiyyətində şöbə rəisinin müavini,

1993-cü ildən sonra “Qalayçı” firmasının direktoru,

1996 – 2002-ci illərdə isə Sumqayıt şəhərində orta məktəb direktorunun müavini vəzifəsində çalışıb.

Milli Məclisdə

2006 – 2011-ci illərdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan – Amerika Birləşmiş Ştatları, Azərbaycan – Böyük Britaniya, Azərbaycan – Braziliya, Azərbaycan – Norveç, Azərbaycan – Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

İctimai-siyasi aktivliyi

1980-cı illərdə M.Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində gənclər birliyinin sədri olub.

2920-ci ildə isə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd olmuş, lakin seçilməmişdir.

Müsavat Partiyasının üzvü olmaqla yanaşı, həm də bu partiyanın divanının və məclisinin üzvüdür.

Ədəbiyyat

  • Pərvin ARZUQIZI, Ulduz İBRAHİMOVA (27 Noyabr 2013). "«Müraciətimdən sonra İcra Hakimiyyətinin işçisi vəzifədən çıxarıldı»". https://modern.az (azərb.). modern.az. 16 Jan 2021 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə