Akif Əsədullayev
Jump to navigation
Jump to search
Akif Əsədullayev | |
---|---|
Əsədullayev Akif Fəxrəddin (Ənvər) oğlu | |
Akif Əsədullayev | |
Akif Əsədullayev, 2017-ci il. | |
Anadan olub | {17 yanvar 1952 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İxtisası | həkim-psixiatr |
Təhsili | (1969 – 1975) Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi |
Akif Əsədullayev – tanınmış həkim-psixiatr, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi.
Haqqında məlumatlar
17 yanvar 1952-ci il tarixdə Nuxa (indiki Şəki) şəhərində anadan olub.
Təhsili
1969 – 1975-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1975 – 1988-ci illərdə Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında əvvəl həkim, sonra şöbə müdiri vəzifəsində çalışıb.
1988-ci ildən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimidir.
Ailəsi
Ailəlidir, 4 övladı, 4 nəvəsi var.