Rena Çiftçi
Rena Çiftçi | |
---|---|
az.: Mustafayeva Rəna Şakir qızı | |
Rena Çiftçi | |
Doğum tarixi | 6 fevral 1975 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan→ Türkiyə |
İş yeri | Egey Universiteti (İzmir, Türkiyə), dəqiq elmlər fakültəsi, fizika bölməsi, nüvə fizikası kafedrası. |
Elmi dərəcəsi | fizika üzrə elmlər doktoru (2006) |
Elmi adı | dosent |
Təhsili |
Ankara Universitetinin dəqiq elmlər fakültəsi, fizika bölməsi – bakalavr (1993 – 1997) Ankara Universiteti, Dəqiq Elmlər İnstitutu, fizika kafedrası – magistratura (1997 – 2000) Qazi Universiteti, Dəqiq Elmlər İnstitutu, fizika kafedrası, doktorantura (2001 – 2006) |
Rena Çiftçi (az.: Mustafayeva Rəna Şakir qızı – azərbaycanlı Türkiyə alimi, fizika üzrə elmlər doktoru, dosent, Egey Universiteti (İzmir, Türkiyə), dəqiq elmlər fakültəsi, fizika bölməsi, nüvə fizikası kafedrasının müdiri. Türkiyənin və dünyanın sayılan nüvə fiziklərindən hesab olunur.
Haqqında məlumatlar
6 fevral 1975-ci ildə Şəki şəhərində anadan olub.
Təhsili
1982 – 1992-cı illərdə Şəki şəhərindəki 2 saylı məktəbdə oxuyub.
1993 – 1997-ci illərdə Ankara Universitetinin dəqiq elmlər fakültəsinin fizika bölməsində bakalavr,
1997 – 2000-ci illərdə Ankara Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında magistr,
2001 – 2006-cı illərdə isə Qazi Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında doktorant təhsili alıb.
Ailəsi
- Atası: Şakir Abdulkərim oğlu Mustafayev, elektrik montyoru idi.
- Anası: Zinaida Vladimirovna Mustafayeva.
- Həyat yoldaşı: Abbas Kenan Çi̇ftçi̇, fizika elmləri doktoru, 2017-ci ildən İzmir İqtisadiyyat Universiteti Dəqiq Elmlər İnstitutunun direktoru və Fizika bölməsinin rəhbəri. Daha əvvəl Ankara Universitetinin professoru olub.
Ədəbiyyat
- "Ege Üniversitesi Akademik Veri Yönetim Sistemi/Doç.Dr. RENA ÇİFTÇİ". https://avesis.ege.edu.tr/ (Türkçe). Ege Üniversitesi. 3 Aug 2020 - 22 Oct 2020 tarixində arxivləşdirilib.