Ceyhun Həmidova
Ceyhun Həmidova | |
---|---|
Həmidova Ceyhun Şəfayət qızı | |
Ceyhun Həmidova. | |
Doğum tarixi | 5 aprel 1955 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
İş yeri | AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, aparıcı elmi işçi |
Elmi dərəcəsi | kimya elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, kimya-texnologiya fakültəsi (1972–1977) |
Ceyhun Həmidova — kimya elmləri namizədi, dosent, AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi.
Haqqında məlumatlar
5 aprel 1955-ci il tarixdə Nuxada (indiki Şəki), qulluqçu ailəsində anadan olub.
Təhsili
1972 – 1977-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1977-ci ildə təyinatla Azərbaycan EA Aşqarlar Kimyası İnstitutuna göndərilib;
1977 – 2009-cu illərdə institutun polimer aşqarlar laboratoriyasında ardıcıl olaraq böyük laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmış,
2010-cu ildən isə aparıcı elmi işçi olmuşdur.
Elmi fəaliyyəti
1985-ci ildə dissertant kimi təsdiq edilib.
1990-cı ildə “Alfa-olefin oliqomerləri əsasında çoxfunksiyalı aşqarlar” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək neft kimyası ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsini alıb.
2011-ci ildə dosent elmi adını alıb.
2012-ci ildə neft kimyası ixtisasından elmlər doktoru hazırlığı üzrə dissertant təsdiq edilib və “С4-С6 alfa-olefinlər əsasında oliqomer və birgə oliqomerlərin sintezi, funksiyalaşdırılması və aşqar kimi tədqiqi” mövzusunda dissertasiya işi üzərində çalışır.
145 elmi əsərin (56-sı xaricdə çap olunub), 30 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Mükafatları
- “Əmək veteranı” adı.
Ədəbiyyat
- "Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktorları/Həmidova Ceyhun Şəfayət qızı". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 16 Jan 2017 – 24 Sep 2020 tarixində arxivləşdirilib.