Nuxa Dövlət Dram Teatrı

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 07:27, 26 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nuxa Dövlət Dram Teatrı
Sabir adına Azərbaycan Dövlət Dramatik Teatrı kimi
Əsası qoyulub 1933
Bağlanıb 1949
Teatr binası
Ünvan Nuxa, Lenin küçəsi
Tikilib 1902

Sabir adına Nuxa Dövlət Dram Teatrı (Sabir adına Azərbaycan Dövlət Dramatik Teatrı) — 1933 – 1949-cu illər arasında Nuxada (indiki Şəkidə) fəaliyyət göstərmiş dram teatrı.

Tarixi

1933-cü ildə Nuxada – 1902-ci ildə inşa edilmiş 2 mərtəbəli, 4275 kv m sahəsi olan binada fəaliyyətə başlamışdır.

31 mart 1939-сu il tarixdə SSRİ Xalq Komissarları Soveti yanında İncəsənət İşləri Komitəsini tərəfindən “Sabir adına Azərbaycan Dövlət Dramatik Teatrı” adı ilə pasportlaşdırıldı.

1948-ci ilin mart ayında Azərbaycan SSR İncəsənət İşləri Komitəsinin göstərişinə əsasən teatrın 18 nəfər işçisi ixtisara salınaraq işdən azad edildi.

1949-cu ildən isə teatrın fəaliyyəti tamamilə dayandırıldı.

Direktorları

Ədəbiyyat

  1. Adışirinov K.F. XX əsrin əvvəllərində Şəki Teatrının ədəbi - mədəni mühitin inkişafına təsiri (azərb.) // Sumqayıt Dövlət Universiteti : “Elmi Xəbərlər” jurnalı. — Sumqayıt, 2018. — В. Sosial və humanitar elmlər bölməsi. —14  c. — № 3. — Səh. 21 – 24. — ISSN 1680-1245. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2021.

Şablon:Yaxşı məqalə