Rəsul Lətifzadə
Jump to navigation
Jump to search
Rəsul Lətifzadə – azərbaycanlı violonçel musiqi aləti ifaçısı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı.
Haqqında məlumatlar
1996-cı ildə Bakıda anadan olub.
6 yaşından violonçel musiqi alətində ifa edir.
2014 – 2020-cu illərdə Bakı Müsiqi Akademiyasında bakalavr və magistr pillələri üzrə təhsil alıb.
Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblında violonçel ifaçısı olub.
İki dəfə Bakıda Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalının üçüncüsü olub.
Ailəsi
- Anası – Lətifova Təranə Şakir qızı, 1961-ci ildə Şəkidə anadan olub, 1967-ci ildə ailəsi Bakıya köçüb, o vaxtdan Bakıda yaşayır, riyaziyyat müəllimidir.
- Atası – Yəhyəyev İlyas Fəxrəddin oğlu, Göyçayda anadan olub, əslən indiki Oğuz rayonundandır, tikinti dizayneridir.