Eldar Dəhnəvi

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Eldar Dəhnəvi
Dəhnəvi Eldar Musa oğlu
Eldar Dəhnəvi
Eldar Dəhnəvi, 2014-cü il.
Doğum tarixi 17 may 1966 (1966-05-17) (58 yaş)
Doğum yeri Kiçik Dəhnə, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Russia.svg Rusiya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili Kazan Kimya-Texnologiya İnstitutu

Eldar Dəhnəvi — kimya elmləri doktoru, Kazan Dövlət Texnologiya Universitetinin ümumi kimya texnologiyaları kafedrasının professoru, “NOST” (SİBUR Holdinq, Tomsk şəhəri) riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi.

¿== Haqqında məlumatlar == 17 may 1966-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiçik Dəhnə kəndində anadan olub.

Təhsili

1988-ci ildə Kazan Kimya-Texnologiya İnstitutunu bitirib və həmin institutun aspiranturasına daxil olub.

2008 – 2010-cu illərdə Tatarıstan Respublikası Hökumətinin qrantı ilə Əmək və Sosial Münasibətlər Akademiyasında (Moskva) “korporativ menecment” ixtisası üzrə MBA proqramı (Master of Business Administration - Biznes Administrasiyası Magistri) çərçivəsində iqtisadiyyat üzrə təhsil alıb.

Elmi fəaliyyəti

1993-cü ildə “Əridicilərin köməyi ilə hidroperoksid kumolun turşu-katalitik parçalanması prosesinin idarə olunması” mövzusunda namizədlik dissertasiyasını,

2011-ci ildə isə “Fenol və asetonun birgə istehsalının optimallaşdırılması, əlavə məhsulların neft hasilatı reagentində kompleks emalı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti

2001-ci ildə neft-kimya sahəsində araşdırmalar üçün “EDXİM elmi istehsal mərkəzi” MMC-ni təsis edib. Sonra neft quyularının və yeraltı anbarların hidroizolyasiyasında istifadə edilən “Smola PM-14” texnologiyasını hazırlayıb. Bu qətran Tatarıstanın neft və tikinti şirkətlərinin obyektlərində natura sınaqlarından uğurla keçib.

2003-cü ildə “Speskauçuk” ETİ-nin (Kazan) direktor müavini təyin edilib, institutda tiokol, poliefir və polieuretanların hazırlanmasına rəhbərlik edib, habelə onların əsasında məhsullar istehsal edib.

2005 – 2011-ci illərdə Kazan Texnologiya Universitetinin ümumi kimya texnologiyası kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub. Doktorluq dissertasiyasının müdafiəsindən sonra kafedranın professoru seçilib.

İctimai fəaliyyəti

1988-ci ilin noyabrında həmfikirləri ilə postsovet məkanında ilk azərbaycanlı həmyerlilər cəmiyyətlərindən birini yaratmış və ona sədrlik etmişdir.

Ədəbiyyat

  1. Bağıyeva M. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası. — Bakı, 2016. — ISBN 978-9952-8299-1-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 21 oktyabr 2017.

Şablon:Yaxşı məqalə