Səadət Zeynalova
Səadət Zeynalova | |
---|---|
Zeynalova (Rəşidova) Səadət Məmməd qızı | |
Səadət Zeynalova | |
Doğum tarixi | 16 iyun 1954 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Nuxa |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | german dilləri, türk dilləri |
İş yeri | AMEA, Rəyasət Heyətinin nəzdində Xarici dillər kafedrası |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu |
Afaq Rəşidova (Zeynalova (Rəşidova) Səadət Məmməd qızı; d. 16 iyun 1954, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alim, filologiya üzrə elmlər doktoru, AMEA, Rəyasət Heyətinin nəzdində Xarici dillər kafedrasının professoru.
Haqqında məlumatlar
1954-cü ildə Nuxa şəhərində anadan olub.
1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bitirib.
Filologiya üzrə elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisidir.
İctimai fəallığı
- Ümümdünya Germanistlər İttifaqının üzvü, 2007-2010, Varşava.
- Ümümdünya Germanistlər İttifaqının üzvü, 2011-2015, Şanxay.
- Alman Akademik Mübadilə Xidməti (DAAD) 1995, 2003, 2008, 2011 Alumni (Berlin, Münhen, Potsdam, Leypsiq).
- Aleksandr fon Humboldt Fondu 1997-1999, 2002, 2004, 2006, 2010, 2011, 2012 Alumni (Berlin).
Əsas elmi nailiyyətləri
Pedaqoji fəaliyyəti
1987-2005: AMEA RH-nin nəzdindəki xarici dillər kafedrasının müəllimi, baş müəllimi, dosenti.
2005-2008: AMEA Nəsimi adına Dilçilik İnstitutunun german və roman dilləri elm-tədris sektorunun tədris-tədqiqat şöbəsinin dosenti.
2009-2014: AMEA RH-nin nəzdindəki xarici dillər кafedrasının dosenti, icraedici professoru, professoru.
1992-1993: Qərb Universiteti, xarici dillər kafedrası, dosent.
Digər təşkilatlarda:
1994-1997,2000-2009: Azərbaycan Dillər Universiteti Alman dilinin fonetikası,qrammatikası və dil tarixi kafedrası, dosent.
1997-1999: AFR, Berlinin V. fon Humboldt-Universiteti, Alman Dili və Linqvistika İnstitutu, Berlinin Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzində Aleksandr fon Humboldt Fondunun fərdi qrantı çərçivəsində dəvət olunmuş professor.
1999-2000: Bakı Dövlət Texniki Universiteti, xarici dillər kafedrası, dosent.
2004-2006: Azərbaycan Neft Akademiyası, AFR-in Siegen Universiteti, alman dili üzrə dosent.
Elmi fəaliyyəti
Müasir akustik proqramların (Amerikan Signalyze və Holland Praat, statistik Statview, 5% Scheffe-, Anova F- və Mann-Whithney) testlərinin tətbiqi ilə danışıq aktında dil vahidlərinin reallaşmasının nəzəri problemlərin tədqiqi. Nəticədə ilk dəfə müasir alman və Azərbaycan dillərində funksional sözlərin danışıq aktında enklitik və proklitik mövqelərindəki akustik və formant xususiyyətləri aşkar edilmişdir.
12-si xarici ölkələrin elmi nəşrlərində, 3-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda dərc olunmaqla çapdan çıxmış 60 elmi əsərin müəllifidir.