Rəşadət Musayev
Rəşadət Musayev (2002–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Milli Ordusunun əsgəri.
Rəşadət Musayev | |
---|---|
Musayev Rəşadət Vüqar oğlu | |
![]() | |
Rəşadət Musayev | |
Doğum tarixi | 20 iyun 2002 |
Doğum yeri |
Baş Göynük, Şəki rayonu, ![]() |
Vəfat tarixi | 24 oktyabr 2020 (18 yaşında) |
Vəfat yeri |
Seyidəhmədli kəndi, Füzuli rayonu, ![]() |
Vətəndaşlıq |
![]() |
Mənsubiyyəti |
![]() |
Hərbi fəaliyyəti | |
Rütbə |
![]() |
Döyüşlər | Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində |
Təltifləri |
![]() ![]() ![]() ![]() |
Haqqında məlumatlar
20 iyun 2002-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.
Təhsili
2008 – 2019-cu illərdə Şəki rayon Baş Göynük kənd 1 və 2 saylı tam orta məktəblərdə təhsil alıb.
Hərbi xidmətdə
2020-ci ildən Ağcabədi rayonu ərazisindəki N saylı hərbi hissədə əsgəri xidmətə başlayıb.
2020-ci il 27 sentyabrdan başlayan döyüşlərdə iştirak edib.
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində həyata keçirilən döyüşlərin iştirakçısı olub.
Şəhid olması
Füzuli rayonu Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
25 oktyabr 2020-ci il tarixdə, doğulduğu Şəki rayonunun Baş Göynük kənd qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020);
- “Xocavəndin azad olunmasına görə” medalı – ölümündən sonra (25.12.2020);
- “Füzulinin azad olunmasına görə” medalı – ölümündən sonra (25.12.2020);
- “Cəsur döyüşçü” medalı – ölümündən sonra – (24.06.2021).
Ədəbiyyat
- "Musayev Rəşadət Vüqar oğlu" (azərb.). Yeni Göynük kənd ümumi orta məktəbinin facebok səhifəsi. 8 dekabr.
Həmçinin, bax: