Mahir Əyyubov
Mahir Əyyubov | |
---|---|
Mahir Əyyubov | |
Mahir Əyyubov | |
Anadan olub | 1951 |
Anadan olduğu yer | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Mükafatları |
Mahir Əyyubov (Əyyubov Mahir Ələkbər oğlu; d. 1951-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ) – tanınmış pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi.
Haqqında məlumatlar
1951-ci ildə Nuxada anadan olub.
1957 – 1958-ci illərdə 1 saylı, 1959 – 1968-ci illərdə isə 2 saylı Nuxa şəhər orta məktəbində oxuyub.
1968 – 1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
1973-cü ildə təyinatla Şəki şəhər 11 saylı tam orta məktəbə fizika müəllimi işləməyə göndərilib.
Sonralar 20 saylı orta məktəbdə təşkilatçı, dərs hissə müdiri vəzifələrində çalışıb.
Tədris prosesində yeni təlim-tədris metodlarının tərtib və tətbiq edilməsində nailiyyətlərinə görə 1987-ci ildə "Metodist Müəllim" adına, 1993-cü ildə "Xalq Təhsili Əlaçısı" adına layiq görülüb.
1994-cü ildə kompüter proqramlarının respublika baxış müsahibəsinin qalibi olub.
Tədris ilinin yekunlarına görə dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Şəki Təhsil Şöbəsinin fəxri fərmanları, diplomları və digər mükafatları ilə təltif olunub.
Ondan çox müxtəlif dərəcəli sertifikatlar almışdır.
2000-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” Fəxri adına layiq görülüb.