Göynük rayonu
Göynük rayonu | ||||
---|---|---|---|---|
rayon – inzibati ərazi | ||||
İnzibati mərkəz: | Aşağı Göynük | |||
Yaranma tarixi: | 30 avqust 1930 | |||
Ləğv olunma tarixi: |
1 fevral 1931 (0 il mövcud olub) |
|||
Əhali: | ≈ 23 347 (1926) | |||
Sahəsi: | ≈ 765 km² (179 verst²) | |||
Xəritədə | ||||
Nuxa qəzasının 1902-ci il xəritəsində göstərilən I dairənin ərazisi 1930-c ildə yaranmış Göynük ratonunun ərazisinə uyğun gəlir. | ||||
Nə vaxt hansı dövlətin inzibati ərazisi idi: | ||||
|
Göynük rayonu — 1930 – 1931-ci illərdə Azərbaycan SSR ərazisində, Şəki dairəsinin[q 1] tərkibində inzibati ərazi. İnzibati mərkəzi Aşağı Göynük kəndi idi. Ərazisi Kiş, Baltalı, Qoxmuq kəndləri istisna olmaqla Şəki qəzasının I dairəsinin ərazisinə uyğun gəlirdi.
Göynük rayonu Cəfərabad rayonu və bir çox rayonlarla birlikdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə yaradılmış və 1931-ci ilin fevralında hər ikisi – Göynük və Cəfərabad rayonları, bəzi rayonlarla birlikdə ləğv edilmişdir[1]. Lakin ilin sonunda çap olunmuş “Şəki fəhləsi” qəzetində Göynük rayonunun hələ ləğv edilmədiyi görünür. Ləğv edildikdən sonra ərazisi yeni yaradılmış Nuxa rayonunun tərkibinə keçmişdir.
Qeydlər
- ↑ "Şəki fəhləsi" qəzetindən məlum olur ki, bu dairə Qax, Vartaşen, Cəfərabad Göynük rayonlarından və Nuxa şəhərindən ibarət idi. Lakin, dairənin adı barədə qəzetdə məlumat yoxdur. Nuxa dairəsindən əvvəlki Zaqatala-Nuxa dairəsi (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Prezident Kitabxanasının internetə yerləşdirdiyi “İnzibati ərazi vahidləri” adlı PDF fayla görə) 6 iyul 1929-cu il tarixli “Şəki fəhləsi” qəzetində "Zaqatala-Şəki mahalı" adı ilə göstərilir.
Mənbə
- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident Kitabxanasının internetə yerləşdirdiyi “İnzibati ərazi vahidləri” adlı PDF fayl.