Əmiraslan xan Xoyski

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎İstinadlar) tərəfindən edilmiş 18:28, 9 may 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
ƏMİRASLAN XAN XOYSKİ
Əmir xan Cahangir xan oğlu Xoyski
Əmiraslan Xoyski.jpg
bayraqQuba qəzasının rəisibayraq
2 avqust 1918 — 19 aprel 1919
bayraqGəncə qəzasının rəisibayraq
aprel 1919 — oktyabr 1919
bayraqQazax qəzasının qubernatorubayraq
23 oktyabr 1919 — 19 aprel 1920
Şəxsi məlumatlar
Doğum tarixi 1888(1888-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Gəncə şəhəri
Vəfat tarixi 1954(1954-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Ankara, Türkiyə
Uşağı Arif Nərimanbəyov

Xoyski Əmir xan Cahangir xan oğlu — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib.[1]

Həyatı

Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakultəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M.S.Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi. 11-ci ordunun Bakını 1920-ci ilin 27 aprel işğalı ərəfəsində Ə. Xoyski Quba qəzasının rəisi vəzifəsində idi. Ə. Xoyski sovet hakimiyyətinə qarşı 1920-ci il mayın 24 - iyunun 4-də Gəncədə baş vermiş üsyanda fəal iştirak etmişdi.[2]

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir xan Xoyski həbs və təqibdən yaxa qurtarmaq üçün Türkiyəyə qaçmışdı.

Sovet quruluşu dövründə, ömür boyu Azərbaycana qayıtmaq həsrəti ilə yaşayan, lakin bu imkandan məhrum olan Əmir xan Xoyski 1954-cü ildə Ankarada vəfat etmişdir.

Ailəsi

Əmir xanın həyat yoldaşı Əfşan xanım Azərbaycanda qalmışdı. O, Cənubi Azərbaycandakı Maku xanlarının nəslindən olan Cəfər xanın qızı idi. Əfşan xanım ərinin qaçmasından bir neçə ay sonra vəfat edir. Əmir xan Xoyskinin 10 yaşlı oğlu Cəfər və 12 yaşlı qızı Bəyim xanım atasız və anasız qalaraq qohumlarının himayəsində yaşayırlar. Bu zavallılar da böyüyəndə bütün Xoyskilər nəsli kimi təqiblərə və sürgünlərə məruz qalıblar. Öz familiyalarını da dəyişib Cahangirli soyadını daşımağa məcbur olmuşdular.

İstinadlar

  1. Şahsevən, İltifat (2013). İSTİQLAL FƏDAİLƏRİ –AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ VƏ SİLAHDAŞLARI (1918-1920). Bakı: Mütərcim.
  2. Gəncə üsyanının 90 illiyi

Ədəbiyyat

  1. XOYSKİ Əmiraslan xan Cahangir xan oğlu (1888, Şəki – 1954, Ankara). — Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. — Bakı: Lider nəşriyyat, 2005. — II  cild. — Səhifələrin sayı:  472. — Səh.: 23. — ISBN 9952-417-44-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 Oct 2015 - 28 Mar 2022.
  2. Mərdanov M., Tahirzadə Ə. XOYSKİ Əmir(aslan) xan Cahangir xan oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 362 – 367. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 avqust 2021.