Mustafa Quliyev
Mustafa Quliyev | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Sələfi | Dadaş Bünyadzadə | ||||||
Xələfi | Ruhulla Axundov | ||||||
|
|||||||
|
|||||||
|
|||||||
Sələfi | vəzifə təsis olundu | ||||||
Xələfi | Şirəli Axundov | ||||||
Doğum tarixi | 24 may 1893 | ||||||
Doğum yeri | Nuxa Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 3 iyul 1938 | ||||||
Təhsili | Tiflisdə gimnaziyanı (1913). Kiyev Müqəddəs Vladimir Universiteti[2] |
Mustafa Zəkəriyyə oğlu Quluyev (1893-1938) — azərbaycanlı dövlət xadimi, Azərbaycan SSR Xalq Maarif Komissarı (1922-1928), ədəbiyyatşünas, tənqidçi və publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan məktəbi jurnalının ilk baş redaktoru olmuşdur. 1938-ci ildə Stalin repressiyalırı dövründə həbs edilərək güllələnib.
Həyatı
Mustafa Zəkəriyyə oğlu 1893-cü il mayın 24-də Nuxada anadan olmuşdur. Tiflisdə gimnaziyanı bitirmişdir (1913). Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almışdır. RK(b) Kiyev komitəsi müsəlman bölməsinin sədri seçilmişdir. 1919-cu ildə Bakıya qayıtmış, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır.[3] Lənkəran qəza inqilab komitəsinin sədri (1920), AK(b)P Qaraşəhər Rayon Komitəsinin katibi (1921-1922), Azərbaycan SSR Xalq Maarifi Komissarı (1922-1928), "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının (1923-1926; 1929-1932) məsul redaktoru vəzifəsində işləmişdir.
Əsərləri
Kitabları
- “Azərbaycanda Oktyabr düşmənləri” (1927)
- “Mədəni inqilab və islam” (1928)
- “Türk qadınının yolu” (1930)
- “Oktyabr və türk ədəbiyyatı” (1930)
- “Cinayət nədir və hardan baş verir” (1935)
İstinadlar
- ↑ Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi: təşəkkülü və inkişafı
- ↑ [1]
- ↑ Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. - səh. 33.