Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
22 aprel
Beynəlxalq İnformatika Olimpiadalarının qızıl və gümüş medalçısı, Televiziya klubları arasında keçirilən “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə ikiqat dünya çempionu Anar Quliyev 22 aprel 1978-ci il tarixdə Bakıda anadan olub. O, 2011-ci ildən ABŞ-da yaşayır (Green Card proqramı üzrə ABŞ-da daimi yaşamaq hüququ əldə edib).
Şəkil: Anar Quliyev.
22 aprel
Tanınmış musiqişünas alim, sənətşünaslıq elmləri namizədi, professor, Azərbaycan SSR əməkdar incəsənət xadimiMəmmədsaleh İsmayılov (1912–1994) 22 aprel 1912-ci ildə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışmışdır.
Şəkil: Məmmədsaleh İsmayılov.
22 aprel
Tanınmış kamança ifaçısı, M.F.Axundzadə adına Şəki Mədəniyyət mərkəzinin tabeçiliyində fəaliyyət göstərən B.Ələsgərova adına şəhər folklor klubunun metodisti Rüstəm Xəlilməmmədov 22 aprel 1963-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Şəkil: Rüstəm Xəlilməmmədov, 14.09.2024.
22 aprel
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Baba Azakov (1954–2017) 22 aprel 2017-ci il tarixdə – 62 yaşında, Bakıda vəfat edib.
Xülasə sayı:4 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)