Vidadi Qaffarlı
Əli Qaffarlı | |
---|---|
Qafarlı Əli Vidadi oğlu | |
Doğum tarixi | 6 mart 1961 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Ə.Əzimzadə adına Rəssamlıq Məktəbi |
Əli Qaffarlı (Qafarlı Əli Vidadi oğlu; Şablon:Dş 6 mart 1961-ci il Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı rəssam-pedaqoq, Sumqayıt şəhər 3 nömrəli Uşaq İncənət Məktəbinin rəsm şöbəsinin müəllimi. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Haqqında məlumatlar
1961 ci ildə Nuxada anadan olub.
1971 – 1978-ci illərdə Şəki pionerlər evinin rəsm dərnəyində rəssamlığın sirlərini öyrənib.
1978 – 1981-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb.
1983 – 1988-cü illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram teatrında icrakı rəssam vəzifəsində işləyib.
1989 – 1996-cı illərdə Şəki rəsm qalerayasında əvvəlcə rəssam, sonra isə direktor vəzifəsində çalışıb.
Ankarada (Türkiyə) müxtəlif kurslarda, rəsmdən dərs deyib. Eyni illərdə Ankarada “Çağdaş sənət” qalerayasında fərdi sərgisi təşkil olunub.
2002-ci ildən Sumqayıt şəhər 3 nömrəli Uşaq incənət məktəbində resm müəllimi işləyir.
Yaradıcılığı
Bir sıra tabloları Moskvada “Mono Liza” qalerayasında sərgilənib.
1990-ci ildə Şəki Rəsim sərgisində iki rəsmi Azərbaycan Rəssamlar İttifaqı tərəfindən alınıb.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.