Sabit Rəhman
Sabit Rəhman | |
---|---|
Sabit Kərim oğlu Mahmudov | |
Doğum tarixi | 26 mart 1910 |
Doğum yeri |
Nuxa Bakı quberniyası Rusiya imperiyası |
Vəfatı | 23 sentyabr 1970 (60 yaşında) |
Vəfat yeri |
Bakı SSRİ Azərbaycan SSR |
Vətəndaşlığı |
Rusiya İmperiyası SSRİ |
Mükafatları |
Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa — 23 sentyabr 1970, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi.
Həyatı
Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi - "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.
Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.
1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.
- Bəstəkar Emin Sabitoğlunun atasıdır.
- Musiqişünas Ceyran Mahmudovanın babasıdır.
Əsərləri
- Hekayələri:
"Şirin bülbül", "Qudurğan", "Mir Qasımın macəraları", "Kölgələr", "Mirzəkələntər", "Xəyal plov", "Nikolay taxtdan düşdü", "Qohumlar".
- Povestləri:
"Vəfasız", "Son faciə".
- Pyesləri:
"Toy", "Xoşbəxtlər", "Aşnalar", "Aydınlıq", "Əliqulu evlənir", "Yalan" və s.
- Romanı:
"Nina".
Kitabları
- Pozğun (hekayələr). Bakı: 1931
- Şirin bülbül (hekayələr). Bakı: 1933
- Vəfasız (povest). Bakı: 1933
- Xəyalplov. Bakı: 1938
- Son faciə (povest). Bakı: 1939
- Hüseyn Ərəblinski (povest). Bakı: 1948
- Hədiyyə.Bakı: 1949
Filmoqrafiya
- Arşın mal alan (film, 1945) - (ssenari müəllifi)
- O olmasın, bu olsun (film, 1956) - (ssenari müəllifi)
- Koroğlu (film, 1960) - (ssenari müəllifi)
- Əhməd haradadır? (film, 1963) - (ssenari müəllifi)
- Ulduz (film, 1964) - (libretto müəllifi)
- Hicran (teatr tamaşası, 1983) - (ssenari müəllifi)
- Şirin bülbül (film, 2000) - (əsərin müəllifi)
- Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)
Mənbə
- Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106.
Xarici keçidlər
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış şair və yazıçılar
- 1910-cu ildə doğulanlar
- 26 martda doğulanlar
- Martda doğulanlar
- 23 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 1970-ci ildə vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Ssenari müəllifləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Şəkidə doğulanlar
- Bakıda vəfat edənlər
- Poçt markalarında şəxslər