Fikrət Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Ailəsi) tərəfindən edilmiş 14:26, 1 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fikrət Məmmədov
Məmmədov Fikrət Fərrux oğlu
Fayl:Fikrət Mammadov.jpg
Fikrət Məmmədov, 2010-cu il
bayraqAzərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədribayraq
2005
bayraqAzərbaycan Respublikası Ədliyyə Nazirliyibayraq
19 aprel 2000
Sələfi Südabə Həsənova
bayraqAzərbaycan Respublikasının baş prokurorunun müavinibayraq
1994 — 2000
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1955(1955-07-01)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Partiya Bitərəf
Təltifləri “Şöhrət” ordeni (Azərbaycan)Şablon:"Vətənə xidmətə görə" ordeni
"Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı
Commons-logo.svg Commonsda da Fikrət Məmmədov ilə əlaqəli mediafayllar var

Fikrət Məmmədov (Məmmədov Fikrət Fərrux oğlu; d. 1 iyul 1955-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – Azərbaycan Respublikasının ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası.

Haqqında məlumatlar

1955-ci ildə Bakıda anadan olub.

Təhsili

1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini,

1988-ci ildə Bakı Azərbaycan KP MK yanında Ali Partiya Məktəbində bitirib.

İş yerləri

1977 – 1994-cü illərdə əvvəl rayon prokurorunun köməkçisi, sonra isə Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi, Azərbaycan KP MK inzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikasının Baş Prokurorluğunda hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru vəzifələrində çalışıb.

1994 – 2000-ci illərdə Azərbaycan Respublikasının baş prokurorunun müavini olub.

2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının ədliyyə naziridir.

2005-ci ildən Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədridir.

Beynəlxalq təşkilatlarda üzvlüyü

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

Təltifləri

Ailəsi

Evlidir, 4 övladı var.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xalası oğludur.

Atası Fərrux Məmməd oğlu Məmmədov, 1915-ci ildə Nuxa qəzasının Aşağı Laysqı kəndində anadan olmuş, 1997-ci ildə Bakıda vəfat etmişdir.

Anası Gülnaz Adışırin qızı Məmmədova (1898 – 1972).

İstinadlar

Şablon:Yaxşı məqalə