Elnur İsgəndərov
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:02, 1 aprel 2021 tarixli dəyişiklik
Elnur İsgəndərov (1989–2016) — Aprel döyüşləri şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. Ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb; 21 may 2016-cı il tarixdə medal onun yeganə övladı olan 6 aylıq oğlu Elman İsgəndərovun sinəsinə taxılıb.
Elnur İsgəndərov | |
---|---|
İsgəndərov Elnur İsgəndər oğlu | |
![]() | |
Elnur İsgəndərov, 2015-ci il | |
Doğum tarixi | 1 iyun 1989 |
Doğum yeri |
Şəki, ![]() ![]() |
Vəfat tarixi | 2 aprel 2016 (27 yaşında) |
Vəfat yeri |
Tərtər rayonu, ![]() |
Vətəndaşlıq |
![]() ![]() |
Mənsubiyyəti |
![]() |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Rütbə |
![]() |
Təltifləri |
![]() ![]() |
Haqqında məlumatlar
1 iyun 1989-cu il tarixdə Şəkidə anadan olub.
Təhsili
2006 – 2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Hərbçi fəaliyyəti
2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlılar bölməsində xidmətə başlayıb.
Şəhid olması
2016-cı ildə baş vermiş Aprel döyüşlərində – aprelin 2-də, döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Aprelin 11-də Şəki qəbristanlığında dəfn edilib.