Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov | |
---|---|
Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov | |
Təxəllüsü | Səbuhi |
Doğum tarixi | 12 iyul 1812 |
Doğum yeri | Nuxa (Şəki), Şəki xanlığı |
Vəfatı | 10 mart 1878 (65 yaşında) |
Vəfat yeri | Tiflis, |
Atası | Mirzə Məhəmmədtağı |
Anası | Nanə xanım |
Uşaqları | Nisə xanım, Rəşid Axundov |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Nuxa qəza məktəbi |
Fəaliyyət illəri | XIX əsr |
Əsərlərinin dili | Azərbaycanca, farsca, ərəbcə |
Janr | lirik, dramatik |
İlk əsəri | Zəmanədən şikayət |
Mükafatları |
Mirzə Fətəli Axundov (Axundzadə) (az-ərəb: میرزا فتحعلی آخوندوف , bütöv adı Mirzə Fətəli Məmmədtağı oğlu Axundov; 12 iyil (Yuli təqvimi ilə: 30 iyun) 1812, Nuxa, Şəki xanlığı Rusiya İmperiyası — 10 mart (Yuli təqvimi ilə: 26 fevral) 1878, Tiflis) — azərbaycanlı[2] yazıçı-maarifçi, şair, materialist filosof və ictimai xadim, Rusiya İmperator Coğrafiya cəmiyyətinin üzvü; Azərbaycan dramaturgiyasının və Azərbaycan ədəbiyyatında ədəbi-tənqidin banisi; zamanəsinin «müzəlman Molyer»i[3].
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundovun adı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib[4].
Həyatı
30 iyun 1812-ci ildə Nuxada anadan olub.
Yaşadığı yerlər
1814-cu ildə ailəsi ilə birlikdə Nuxa şəhərindən atasının Təbrizin yaxınlığındakı Xamnə kəndindəki ata-baba yurduna köçüb.
1821-ci ildə anası Nənəxanım əri Mirzə Məhəmməd Tağıdan boşanmıb və oğlu Fətəli ilə birlikdə İranın Qaradağ mahalındakı Horanid kəndində yaşayan əmisi Axund Ələsgərin himayəsinə sığınıb.
1823-cü ildə Hacı Ələsgərlə İranın Eləngut mahalının Vəlibəyli kəndinə,
1825-ci ildə Gəncəyə,
1826-ci ildə Nuxaya köçüblər.
1834-cü ildən ömrünün sonunadək Tüflisdə yaşayıb, orada vəfat edib və orada da dəfn edilib.
Təhsili
1832-ci ildə Gəncəyə gedib, şair və müəllim Mirzə Şəfi Vazehdən nəstəliq xəttilə yazmağı öyrənib.
1833-cü ildə, 21 yaşında ikən, Nuxa şəhərində açılan “Rus-tatar” məktəbinə daxil olub və cəmi bir il həmin məktəbdə təhsil alıb.
İş yerləri və vəzifəsi
1834-cü ildə Tiflisə gedib, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri üzrə mütərcim təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.
1836-cı ildə Qafqaz idarəsinin baş dəftərxanasında işləməklə bərabər, Tiflis qəza məktəbinə azərbaycan dili müəllimi təyin edilib.
1858-ci ildə Qafqaz canişini dəftərxanasının yenidən təşkili ilə əlaqədar olaraq, yenidən canişin baş idarəsinin mütərcimi təyin olunub.
1872-ci ildə Qafqaz Canişini Baş İdarəsinin sərəncamı ilə Şərq dilləri üzrə senzor vəzifəsinə təyin edilib.
Ədəbi-yaradıcı fəaliyyəti
1837-cü ildə rus şairi A.S.Puşkinin xatirəsinə həsr etdiyi “Puşkinin ölümü haqqında Şərq poeması”nı,
1841-ci ildə “Təcnis”, “Təcnisi digər”, “Molla Əli” (həcv) və “Müxəmməs” sərlövhəli şeirlərini yazıb.
1850-ci ildə “Hekayəti-Molla İbrahim Xəlil kimyagər”, “Hekayəti Müsyo Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur”, “Sərgüzəşti vəziri-xani-Lənkəran” komediyalarını yazıb.
1851-ci ildə “Hekayəti Müsyo Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur” komediyası ilk dəfə Tiflisdə “Kavkaz” qəzetində rus dilində hissə-hissə çap olunub, komediya ilk dəfə Peterburqda rus dilində oynanılıb.
1852-ci ildə “Hekayəti - xırs quldurbasan” və “Sərgüzəştimərdi-xəsis” (Hacı Qara) komediyalarını yazıb. - Yanvar ayının 31-də “Hekayəti -xırs quldurbasan” komediyası Tiflis teatrında rus dilində oynanılmışdır.
1855-ci ildə “Mürafiə vəkillərinin hekayəti” komediyasını,
1857-ci ildə “Aldanmış kəvakib” povestini yazmışdır.
1859-cu ildə komediyalarını və “Aldanmış kəvakib” povestini “Təmsilat” başlığı altında Qafqaz canişinliyinin Tiflisdəki nəşriyyatında kitab halında çap etdirib.
1863 – 1864-cü illərdə İstanbulda olmuş (tərtib etdiyi əlifbanın dəstəklənməsi üçün), Mirzə Məlkümxan ilə görüşmüş, “Çeşmə kitabəsi”, “Səidə xitab”, “Fuad Paşanın mədhi” adlı mənzumələri və “Kəmalüddövlə məktubları” adlı məşhur fəlsəfi əsərini yazmışdır.
1865-ci ildə “Həcvi-Əbdürrəsülxan” adlı əsərini,
1868-ci ildə “Həkimi-ingilis Yuma cavab” adlı əsərini,
1869-ci ildə “Yeni əlifba haqqında mənzumə” adlı əsərini yazıb.
1873-cü ildə “Hekayəti vəziri-xani-Lənkəran” və “Hacı Qara” pyesləri Bakıda tamaşaya qoyulub.
Ailəsi
1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmiş, ondan 13 övladı dünyaya gəlmiş, onlardan yalnız ikisi, Rəşidbəy və qızı Nisə xanım sağ qalmış, qalanları isə Mirzə Fətəlinin sağlığında ikən vəfat etmişlər.
Mülki və hərbi rütbələri
1842-ci ildə mülki praporşik,
1850-ci ildə poruçik,
1854-cü ildə kapitan,
1861-ci ildə mayor,
1873 -cü ildə polkovnik rütbəsi verilib
Təltif və mükafatları
1842-ci ildə Rusiya ilə İran hökumətləri arasında danışıqlarda iştirak etdiyi üçün İran şahı tərəfindən üçüncü dərəcəli “Şiri-Xurşid” nişanı ilə təltif olunub.
Elmi-yaradıcı fəaliyyəti
1851-ci ildə İmperator rus coğrafiya cəmiyyəti Qafqaz şöbəsinə həqiqi üzv seçilib.
1874-cü ildə Yeni əlifbaya aid və hürufi-samitə müsəvvədənin latın və ərəb əlifbası üzrə quruluşunu təsvir edən cədvəl düzəltmişdir.
Vəfatı
1878-ci il fevral ayının 26-da Tiflisdə vəfat edib.
Vəfatı
1930-ci ildə, indiki Səbail rayonunda, M.F.Axundovun adını daşıyan bağçada heykəli qoyulub (heykəltəraş P.Sabsay).
1938-ciu ildə - Azərbaycan SSR XKS M.F.Axundovun anadan olmasının 125 illiyini keçirmək barəsində qərar qəbul edib.
1939-cu ildə Azərbaycan Dövlət Ümumi Kitabxanasına (hazırda M.F.Axunov adına Milli Kitabxana) adı verilib.
1940-cı ildə Nuxada ev-muzeyi açılıb.
1962-cı ildə anadan olmasının 150 illik yubileyi Ümumdünya Sülh Şurasının qərarı ilə keçirilmiş, Ümumittifaq miqyasında təntənə ilə qeyd olunmuşdur. Eyni ildə M.F.Axundov adına Kitabxanada heykəltəraş İ.Zeynalovun hazırladığı büstü qoyulub.
1965-ci ildə M.F.Axundov adına üç Respublika Dövlət mükafatının təsis edilməsi haqqında qərar qəbul edilib.
1982-ci ildə Azərbaycan KP MK-nın qərarı ilə M.F.Axundovun anadan olmasının 170 illiyi keçirilib.
1983-cü ildə Tbilisidə M.F.Axundovun ev-muzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi açılıb.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə M.F.Axundovun əsərlərinin 3 cildliyi nəşr olunub.
2007 - Ədibin Tbilisi şəhərində yerləşən ev-muzeyi, sonralar Azərbaycan Mədəniyyət Mərkəzi kimi, 2007-ci ildən isə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi adı ilə fəaliyyət göstərməyə başlamışdır. 2010 - Aprel ayının 13-də Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır. 2011 - İyun ayının 30-da Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisi şəhər bələdiyyəsinin təşəbbüsü ilə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin Tbilisidə adını daşıyan 73 saylı Azərbaycan orta məktəbinin binası qarşısında büstü qoyulmuşdur.
Əsərləri
Poema:
- Şərq poeması (1837)
Pyeslər:
- Hekayəti Molla İbrahim-Xəlil Kimyagər (1850)
- Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850)
- Sərgüzəşti-vəziri-xani-Lənkəran (1850)
- Hekayəti Xırsi-Quldurbasan (1851)
- Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara) (1852)
- Mürafiə vəkillərinin hekayəti (1855)
Satirik povest:
Məqalələr:
- Fəhristi-kitab (1859)
- Nəzm və nəsr haqqında (1862)
- Tənqid risaləsi (1862)
- Kəmalüddövlə məktubları (1865)
Əsər müəllifi kimi
- Hacı Qara (film, 1929) (tammetrajlı bədii film)
- Dərviş Parisi partladır (film, 1976) (tammetrajlı bədii film)
- Aldanmış ulduzlar (opera, 1977)
- Hacı Qara (film, 2002) (tammetrajlı bədii film)
- Mürafiə vəkillərinin hekayəti (film, 2011) (film-tamaşa)
- İksir (film, 2014) ("Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" əsəri əsasında)
Haqqında çəkilən filmlər
- Böyük yazıçı-maarifçi (film, 1938)) (qısametrajlı sənədli film)
- Səbuhi (film, 1941) (tammetrajlı bədii film)[5]
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962)) (qısametrajlı sənədli film)
- Mirzə Fətəli Axundov (film, 1972)) (qısametrajlı sənədli film)
- Mirzə Fətəli Axundov (film, 1982)) (qısametrajlı sənədli film)
- Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film)
Ədəbiyyat
- İbrahimov M. Niyəsiz, necəsiz, bir yazısan sən kitabında. Bakı: Yazıçı, 1985, 195 s.
- Qasımov M. M.F.Axundov və XIX əsrin inqilabi-demokratik estetikası. Bakı: 1954, 150 s.
- Qasımzadə F. M.F.Axundovun həyat və yaradıcılığı. Bakı: 1962, 150 s.
- Sadıqov M. Axundov Mirzə Fətəli. Bakı: 1987, 200 s.
- Kəngərli A. M.F.Axundov və Həsənbəy Zərdabi: Ümmətçilikdən millətçiliyə keçidin başlanması. "Yeni Azərbaycan", 2003, 11 may.
- Qafarov N. M.F.Axundzadə komediyalarının dili və milli gülüş mədəniyyətinin ənənələri. "Mədəni-Maarif", 2002, №8-9, s.40-41.
- Гусейнов Ч. Фатальный Фатали (роман). М.: Советский писатель, 1983, 463 стр.
- Тагизаде С. М.Ф.Ахундов и Европа. Баку: 1991, 50 стр.
- Şahbaz Şamıoğlu (Musayev). Mirzə Fətəli Axundzadənin gürcü müasirləri (monoqrafiya),B., Mütərcim, 2012, 116 s.
- www.anl.az/down/meqale/525/2012/iyun/73.htm
İstinadlar
- ↑ Opera in Azerbaijan by Azer Rezayev , Winter 1997 (5.4) P. 70-71
- ↑ Russian Azerbaijan (1905-1920): the shaping of a national identity in a Muslim community. Cambridge University Press, Boston, 1985. For example, Mirza Fath cAli Akhundov, the Azerbaijani best known in the West, will be referred to as Akhundzada, the form of his name that has been used for a century in publications outside of Russia.
- ↑
Mirzə Fətəli Axundov Müəllif Крымский А. Е. - ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin [[7 may]] [[2019-cu il]] tarixli, 211 nömrəli Qərarı" (azərb.). cabmin.gov.az. 2019-05-11. İstifadə tarixi: 2019-05-13.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 64-66.
Mənbə
- Mirzə Fətəli Axundov
- Mirzə Fətəli Axundzadə
- "Günə doğru". Dahi dramaturq M.F.Axundovun vəfatından 138 il keçir
Həmçinin bax
Xarici keçidlər
- “Hər övladımın ölümünü canımla-qanımla yaşayırdım” – Mirzə Fətəli Sərvər Şirinin heykəllərlə söhbət rubrikasından.
- http://www.biografia.ru/about/filosofia46.html (rus dilində)
- M
- 1812-ci ildə doğulanlar
- 12 iyulda doğulanlar
- İyulda doğulanlar
- 10 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 1878-ci ildə vəfat edənlər
- III dərəcəli Müqəddəs Anna ordeninin kavalerləri
- II dərəcəli Müqəddəs Stanislav ordeninin kavalerləri
- III dərəcəli Müqəddəs Stanislav ordeninin kavalerləri
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- Mirzə Fətəli Axundov
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Şəkidə doğulanlar
- Tbilisidə vəfat edənlər
- Azərbaycan polkovnikləri