Əsgər Xəlilov
Əsgər Xəlilov | |
---|---|
Xəlilov Əsgər Sabir oğlu | |
Əsgər Xəlilov | |
Doğum tarixi | 4 may 1955 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
Moskva Ali Sərhədçilər Məktəbi (1972–1976) SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbi (1978–1980) |
Hərbi fəaliyyəti | |
Rütbə | General-leytenant |
Vəzifəsi | Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı (2017–2020 ) |
İstefada | 27 fevral 2020 |
Təltifləri | Şablon:"Vətənə xidmətə görə" ordeniŞablon:"Vətənə xidmətə görə" ordeniŞablon:"Rəşadət" ordeni |
Əsgər Xəlilov — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; 1992-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında xidmət etmiş, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini olmuşdur.
Haqqında məlumatlar
4 may 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbini bitirib.
1972 – 1976-cı illərdə Moskva Ali Sərhədçilər Məktəbində,
1978 – 1980-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində (Moskva) təhsil alıb.
Əmək fəaliyyəti
1976-cı ildə SSRİ sərhəd zastavasında xidmətə başlayıb, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirib.
1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub.
1988 – 1992-ci illərdə Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi vəzifəsində çalışıb.
1992 – 2009-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında müxtəlif vəzifələr tutub.
2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub.
2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini olub.
27 fevral 2020-ci il hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
Hərbi rütbəsi
- General-mayor (2009);
- General-leytenant (2018).
Təltif və mükafatları
Ümumilikdə Azərbaycan Respublikası və MDB ölkələrinin 36 orden və medalı ilə, o cümlədən,
- “Hərbi xidmətlərə” görə medalı (2002),
- “Vətən uğrunda” medalı,
- “Azərbaycan Bayrağı” ordeni,
- II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri,
- III dərəcəli “Hərbi xidmətlərdə fərqləndiyinə görə” medalı,
- III dərəcəli “Rəşadət” ordeni (2020) təltif olunub.
<link rel="canonical" href="https://shaki.info/wiki/%C6%8Fsg%C9%99r_X%C9%99lilov" />
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış hərbçilər
- 4 mayda doğulanlar
- Mayda doğulanlar
- 1955-ci ildə doğulanlar
- Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantları
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)