Rafiq Yunusov
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış aktyorl...' ilə yarat) tərəfindən edilmiş 00:30, 1 noyabr 2022 tarixli dəyişiklik
Rafiq Yunusov | |
---|---|
Yunusov Rafiq Məhərrəm oğlu | |
Rafiq Yunusov. | |
Doğum tarixi | 11 iyul 1951 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 26 iyun 1997 (45 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Teatr | Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı (1974–1997) |
Rafiq Yunusov (1951–1997) — Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru.
Haqqında məlumatlar
11 iyul 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1968-ci ildə Şəki şəhər 3 №-li orta məktəbini bitirib.
Hərbi xidmətdə
1970 – 1972-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Teatr fəaliyyəti
8-ci sinifdən səhnəyə maraq göstərib. Şəki xalq teatrında xeyli rol oynayıb. Bir müddət Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında da işləyib.
16 iyul 1975-ci il tarixdən isə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının truppasının üzvü olub və ömrünün sonuna kimi bu teatrda çalışıb.
Kino fəaliyyəti
“Həm ziyarət, həm ticarət” bədii filmində epizod rola (Qonşu) çəkilib.
Vəfatı
26 iyun 1997-ci il tarixdə – 45 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Rəhimli İ. Rafiq Yunusov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 255-259. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.