Əbdürəhman Abdullayev
Əbdürəhman Abdullayev | |
---|---|
Abdullayev Əbdürəhman Məmməd oğlu | |
Əbdürəhman Abdullayev | |
Doğum tarixi | 1914 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 9 iyul 1997 (83 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Vətəndaşlıq | Azərbaycan→ Azərbaycan |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Əbdürəhman Abdullayev (Abdullayev Əbdürəhman Məmməd oğlu; d. 1914-cü ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 9 iyul 1997-ci ildə, Şəki, Azərbaycan Respublikası) − ) – filologiya elmləri namizədi (1963), bir sıra məsul partiya və dövlət vəzifələrində işlədikdən sonra 1970-cı ildən Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Müzeyində məktəblər şöbəsinin müdiri olub. Rəşid bəy Əfəndiyevin həyatı və yaradıcılığı haqqında “Görkəmli maarifçi və demokrat yazıçı” (Azərnəşr Elm nəşriyyatı, 1960), “Rəşid bəy Əfəndiyevin dram əsərləri” (Azərnəşr, 1961) və “Maarif pərvanəsi” (Azərbaycan Maarif nəşriyyatı, 1982) kitabları çap olunub, 40-dan artıq elmi məqalənin müəllifidir. “XVIII-XIX əsr Şəki şairləri” kitabı isə ölümündən sonra – 2020-ci ildə nəşrə təqdim edilib.
Haqqında məlumatlar
1914-cü ildə Nuxada anadan olub.
Təhsili
1933-cü ildə Nuxa Pedoqoji Məktəbini bitirib.
1937 – 1941-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda qiyabi təhsil alıb.
İş yerləri
1933 – 1937-ci illərdə Nuxa rayonunun Bideyiz kənd məktəbində müəllim,
1937 – 1941-ci illərdə Nuxa 11 №-li orta məktıbdə dərs hissə müdiri, 12 saylı məktəbdə direktor,
1941 – 1944-cü illərdə Nuxa rayon Maarif Şöbəsinin müfəttişi və Pedaqoji kabinənin müdiri,
1944 – 1945-ci illərdə Nuxa şəhər Maarif Şöbəsinin müdiri, Azərbaycan SSR Maarif Nazirliyi ibtidai orta məktəblər idarəsinin baş müfəttişi,
1945 – 1947-ci illərdə ildə Nuxada Ümumittifaq əhəmiyyətli məktəb yaşlı oğlanlar evinin direktoru,
1947 – 1950-ci illərdə Azərbaycan KP Şəki şəhər Komitəsinin təbliğat və təşviqat şəöbəsinin müdiri,
1950 – 1957-ci illərdə ildə Azərbaycan siyasi və elmi bilikləri yayan “Bilik” cəmiyyətin Nuxa rayonlararası şöbəsinin məsul katibi,
1957 – 1961-ci illərdə ildə Azərbaycan KP Şəki şəhər Komitəsinin katibi,
1961 – 1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasına kadrlar şöbəsinin rəisi,
1970-cı ildən Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Müzeyində məktəblər şöbəsinin müdiri vəzifəsində işləyib.
İctimai fəaliyyəti
1938-ci ildən bir neçə dəfə Azərbaycan KP Nuxa şəhər Komitəsi plenumunun üzvü və Nuxa şəhər Xalq Deputatları Sovetinə deputat seçilib.
Vəfatı
1997-cı ildə Şəki şəhərində dünyasını dəyişib.
Adının əbədiləşdirilməsi
1999-cü ildə Şəki şəhərindəki 21 saylı orta məktəbə Əbdürəhman Abdullayevin adı verilib.
=Mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni;
- “Qafqazın müdafiəsi” medalı;
- 1941 – 1945-ci illərdə əməkdə fərqlənməyə görə” medalı;
- “1941 – 1945-ci illər Böyük Vətən müharıbəsində qələbənin 20 illiyi” medalı (1965);
- “1941 – 45-ci illər Boyük Vətən müharıbəsində qələbənin 40 illiyi” medalı (1985);
- “Əmək veteranı” medalı;
- 1974-cü ildə “Azərbaycan SSR qabaqcıl maarif xadimi” nişanı (1974);
- “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adı (1990).