Mərahim Fərzəlibəyov
Mərahim Fərzəlibəyov | |
---|---|
Mərahim Fərzəlibəyov, 2015-ci il | |
Doğum tarixi | 26 iyun 1949 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Peşəsi | teatr rejissoru |
Mükafatları | |
IMDb | ID 1076526 |
Fərzəlibəyov Mərahim Fərzəli oğlu — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissoru (2006 – 2012-ci illərdə baş rejissor), Azərbaycan SSR əməkdar artisti, Azərbaycan Respublikasının xalq artisti.
Haqqında məlumatlar
1949-cu ildə Bakıda anadan olub.
Təhsili
Bakıda 56 saylı orta məktəbi bitirib.
1970 – 1975-ci illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafıya İnstitutunun([[::Ленинградский государственный институт театра, музыки и кинематографии|]]) rejissorluq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib.
1975 – 1977-ci illərdə təyinatla Qroznı şəhərindəki (Çeçen-İnquş MSSR, RSFSR, SSRİ) Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında quruluşçu rejissor işləyib.
1977 – 1981-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor,
1981 – 2006-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı/Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor,
2006 – 2012-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor vəzifələrinə işləyib.
Yaradıcılığı
Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında Tennessi Uilyamsın “Arzu tramvayı” dramına, Jan Batist Molyerin “Tartüf” komediyasına, Boris Vasilyevin “Qış gecəsinin nağılı” pyesinə, Alla Sokolovanın “Faryatevin fantaziyası” psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin “Yegelyanın səadəti”, uşaqlar üçün Sergey Mixalkovun "“Lovğa dovşan” nağılına səhnə quruluşları verib.
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı/Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsasən çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib.
Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” və “Atabəylər”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin “Məhəbbət, şeytan və lambada” (1991) və “Ləyaqət” (1982) pyeslərini tamaşaya hazırlayıb. 1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın “Təkan” (“Köksüz budaqlar”), Tofiq Kazımovun tərcüməsində Qarsia Lorkanın “Qanlı toy”, Qeybulla Rəsulovun çevirməsində Aleksandr Nikitinin “Abşeronda bir gecə” pyeslərinin tamaşalarını səhnəyə qoyub.
Mükafatları
- Azərbaycan SSR əməkdar artisti (1982);
- Azərbaycan Respublikasının xalq artisti, (2000).
- “Şöhrət” ordeni (2019).
Filmoqrafiya
- az:Bizim qəribə taleyimiz (film, 2005)
- az:Canavar balası (film, 1997)
- az:Doğan Günəş (film, 2002)
- az:Qəm pəncərəsi (film, 1986)
- az:Qırmızı qar (film, 1998)
- az:Mənim ağ şəhərim (film, 1994)
- az:O dünyadan salam (film, 1991)
- az:Sən həmişə bizimləsən (film, 1997)