Ceyhun Əfəndi
Ceyhun Əfəndi (Əfəndiyev Ceyhun Vüsal oğlu; d. 1978-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair Hikmət Ziyanın nəvəsidir.
Ceyhun Əfəndi | |
---|---|
Əfəndiyev Ceyhun Vüsal oğlu ing. Jeyhun Efendi | |
Ceyhun Əfəndi, 2013-cü il | |
Anadan olub | 1978 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Haqqında məlumatlar
1977-ci ildə Bakıda anadan olub.
Təhsili
1984 – 1994-cü illərdə Bakı şəhərindəki 174 saylı məktəbdə oxuyub.
1994-cü ildə Texas Universitetinə (ABŞ) qəbul olunub. Sonra təhsilini “Qərb” Universitetində tamamlayıb. Daha sonra Bredford Universitetində (Böyük Britaniya) МВА (ing. eM-Bi-Ey – master of business administration) diplomu alıb.
Əmək fəaliyyəti
1997-ci ildə “Emireyts” (ing. Emirates) kompaniyasının Bakı ofisində işləməyə başlayıb. Həmin vaxt kompaniya rəhbərliyi MDB və Bakı reyslərinin inkişaf etdirilməsində maraqlı idi. Amma ki 1999-cu ildə bu reyslərin rentabelli olmadığı məlum olur və bununla əlaqədar olaraq kompaniyanın Bakı ofisi bağlanır, Ceyhun Əfəndi isə kompaniyanın Dubayda yerləşən mərkəzi ofisində işləməyə göndərilir. Ceyhun Əfəndi orada bir müddət satış üzrə menecer vəzifəsində çalışır. Amma “Emireyts” rəhbərliyinin MDB reyslərinə marağı hələ bitməmişdi, MBD ölkələrinə birbaşa aviareyslərin açılması perspektivlərini müəyyənləşdirilməsi üçün şöbə yaradıldı və şöbəyə rəhbərlik etmək Ceyhun Əfəndiyə tapşırıldı.
2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində də çalışıb.
2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti olub.
Ədəbiyyat
Натали Александрова (30 Января, 2013 в 12:28). "Коммерческий директор авиакомпании flydubai Джейхун Эфенди: «Невозможно быть честным в работе и лжецом в личной жизни»". http://1news.az (русский). 1news.az. 20 Oct 2017 - 23 Jan 2018 tarixində arxivləşdirilib.Şablon:Yaxşı məqalə