Dürrə Məmmədova

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:48, 26 iyun 2020 tarixli dəyişiklik

Məmmədova Dürrə Əlabbas qızı — II dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı, Azərbaycan SSR əməkdar səhiyyə işçisidir (1981).

Dürrə Məmmədova
Dürrə Əlabbas qızı Məmmədova
Dürrə Məmmədova
Anadan olub 25 dekabr 1923(1923-12-25)
Anadan olduğu yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Mükafatları "Qırmızı Ulduz" ordeni II dərəcəli "Vətən Müharibəsi" ordeni

Həyatı

Dürrə Məmmədova 25 dekabr 1923-cü ildə Şəki şəhərində anadan olub. 1940-cı ildə Bakı Əczaçılıq Texnikumunu bitirib. Müharibənin ilk günlərindən könüllü cəbhəyə gedib, Qara Dəniz Donanmasında 43 №-li hərbi hospitalda xidmət edib, Novorossiysk şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə 18-ci Ordunun tərkibində tibb işçisi kimi iştirak edib. 1948-ci ildə ordudan tərxis olunub. 1949-1951-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq), 1951-1961-ci illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləyib. 1961-ci ildən Bakıda, Baş Aptekler İdarəsi sistemində çalışıb.

Mükafatları

  • "Qırmızı Ulduz"
  • II dərəcəli "Vətən müharibəsi" ordeni
  • SSRİ tibb xidməti əlaçısı
  • Azərbaycan SSR əməkdar səhiyyə işçisi (1981).
  • Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali mükafatı olan "Florens Naytingel" medalı (2005)

Mənbə