Fərrux Həmidzadə

Mammadov2 (Müzakirə | töhfələr) (→‎Hərbi xidmətdə) tərəfindən edilmiş 23:38, 14 aprel 2021 tarixli dəyişiklik

Fərrux Həmidzadə (1913–1974) — tanınmış həkim-cərrah, Böyük Vətən müharibəsi iştirakçısı, tibb-polkovniki, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi.

Fərrux Həmidzadə
Həmidzadə Fərrux Yunus oğlu
Fərrux Həmidzadə
Fərrux Həmidzadə.
Anadan olub 1913(1913-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 1 may 1974 (61 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Dinar, Şəfəq
Atası Yunus
Anası Xatın
Təhsili

Nuxa Kənd Təsərrüfatı Texnikumunu

Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1932–1937)
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı

Haqqında məlumatlar

1913-cü ildə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili

Nuxada yeddillik məktəbi və

Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirib.

1932 – 1937-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

 
Şəki Mərkəzi Rayon Xəstəxanasının həkim və feldşerləri xəstəxananın baş həkimi Fərrux Həmidzadənin kabinetində (soldan: Samiyə Ocaqova, Vəhyəddin Səlimov, Gülü İlyasov (feldşer, ayaq üstə), Əsəd Məmmədov, Cabbar, Rövşən (feldşer), Adilə, Nəsib Əbdürrəhmanov, Fərrux Həmidzadə (baş həkim), Cavahir Abbasova, Sabir Həmidov), 1973-cü il.

Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra 1932-ci ilədək Nuxa rayonunun Baş Zəyzid kəndində aqronom,

1937 – 1941-ci illərdə əvvəl bir müddət Gədəbəy rayon xəstəxanasında, sonra isə Qax rayon xəstəxanasında baş həkim,

1945 – 1948-ci illərdə Nuxa şəhər mərkəzi xəstəxanasında cərrah,

1948 – 1963-cü illərdə Nuxa rayon səhiyyə şöbəsinin müdiri,

1963 – 1968-ci illərdə Nuxa şəhər sanitar xəstəxanasının,

1968 – 1974-cü illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Hərbi xidmətdə

Böyük Vətən müharibəsinin (1941 – 1945) iştirakçısıdır. 1945-ci ildə polkovnik rütbəsi ildə ordudan tərxis olunub.

Təltif və mükafatları

  • SSRİ Ali Baş Komandanın təşəkkürü (5 dəfə) və sovet orden medalları – Böyük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə;
  • Azərbaycan SSR əməkdar həkimi” fəxri adı;
  • “Səhiyyə əlaçısı” döş nişanı.

İctimai-siyasi fəaliyyəti

1957-ci ildə Nuxa Rayon Sovetinin deputatı seçilib.

Vəfatı

1 may 1974-cü il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Evladları: Dinar – anestezioloq-reanimatoloq, Şəfəq – göz həlimi.

Ədəbiyyat

  1. Mete Ə. Doktor Həmidzadə // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 342 – 343. — 500 nüsx.
  2. Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (II hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.
  3. Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (III hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə