Hüseyn İsmayılov
Mammadov2 (Müzakirə | töhfələr) (→Təltif və mükafatları) tərəfindən edilmiş 23:04, 26 iyun 2021 tarixli dəyişiklik
Hüseyn İsmayılov (1996–2020) — Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Ölümündən sonra 5 medalla təltif olunmuşdur.
Hüseyn İsmayılov | |
---|---|
İsmayılov Hüseyn Fərman oğlu | |
Hüseyn İsmayılov. | |
Doğum tarixi | 26 iyun 1996[1] |
Doğum yeri | Qayabaşı, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | 5 noyabr 2020 (24 yaşında) |
Dəfn yeri | Qayabaşı kənd qəbiristanlığı |
Vətəndaşlıq | Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Atası | Fərman İsmayılov |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | sıravi |
Təltifləri |
Haqqında məlumatlar
26 iyun 1996-cı il tarixdə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.
Hərbi xidmətdə
Azərbaycan Ordusunda həqiqi hərbi xidmət etdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmətə keçib.
Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Düşmənin zirehli texnikasının zərərsizləşdirilməsində, qənimət kimi götürülməsində böyük rolu olub. Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıb. Qısa müalicədən sonra yenidən döyüşlərə qatılıb.
5 noyabr 2020-ci il tarixdə – Şuşanın işğaldan azad edilməsi zamanı şəhid olub.
Təltif və mükafatları
- “Vətən uğrunda” medalı (ölümündən sonra, 15.12.2020)[2];
- “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra, 24.12.2020)[3];
- “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra, 25.12.2020)[4];
- “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra, 25.12.2020)[5];
- “Cəsur döyüşçü” medalı (24.06.2021)[6].
Ailəsi
Ailəli idi və 2 övladı var.
İstinadlar
Ədəbiyyat
- Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi. Arxivləşdirilib (12 Jan 2021 - 8 May 2021).
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . Azərbaycan Müdafiə Nazirliyi (15 DEKABR 2020). Arxivləşdirilib (15 Dec 2020 - 7 Jan 2021).
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 DEKABR 2020). Arxivləşdirilib (24 dekabr 2020).
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (26 iyun 2021).
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (archivedate =15 Jan 2021).
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (24 iyun 2021).
Video-çarx